Qazimiz “YAŞAT” Fonduna rəhbər təyin edildi

«Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər və müdir müavini seçilib.

Fedai.az “Report”a istinadən xəbər verir ki, Fondun rəhbəri vəzifəsinə Vətən müharibəsi qazisi Elvin Hüseynov, müdir müavini vəzifəsinə isə Rəbiyyə Cəfərova seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında» fərman imzalayıb.

Bu xəbəri paylaşın: