Gözünüz aydın olsun, əsgər atası!

Vətən Savaşında iştirak edən, orduda müddətdən artq qulluq edən və könüllü cəbhəyə gedənlərin tərxis olunanlar siyahəsında bölgə müxbirimiz, AVMVİB-nin fəxri üzvü Rauf Hüseynovun da oğlu var.

Hüseynov Hüseyn Rauf oğlu artıq öz evinə geri dönüb. Döyüşlərin ilk günündən son gününədək ön cəbhədə olan və qalib əsgər kimi dönən əsgər Hüseyn Hüseynovun atası Rauf Hüseynov bildirdi ki, ön xətdə səngərdə xalqın müdafiəsi üçün dayanan əsgər və zabitlərimizin məqsədi, vəzifəsi bir olması məni çox sevindirdi. Azərbaycan xalqının səbirsizliklə gözlədiyi qələbəni təmin etmək yolunda bizim oğullarımızın yürüməsi qürurvericidir. Hər bir əsgərimiz yaxşı başa düşürdü ki, şəhidlərimizin qanı yerdə qalmamalı, ana-bacılarımızın qisası alınmalı, ən əsası üçrəngli bayrağımız bütün Azərbaycan ərazisində dalğalanmalıdır.

Xatırladaq ki, Birliyin və Fedai.az saytının fəaliyyətində səmərəli fəaliyyətinə görə, AVMVİB sədri Füzuli Rzaquliyevin əmriylə Rauf Hüseynov «Milli Ordu-100» və «AVMVİB 25 il» Xatirə medalları ilə təltif edilib.


Gözünüz aydın olsun, əsgər atası! Vətənin bayrağı daim uca olsun!


Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •