Separatçı tör-töküntülərin yeni demoqrafik YALANLARI

Bir vaxtlar Ermənistanın sabiq əmək və sosial miqrasiya naziri və hazırda da Qarabağdakı rus ağalrının yanında sülənməkdə olan Mane Tandilyan “RIA Novosti”yə açıqlamasında müharibədən sonra Qarabağda humanitar böhranın yaşandığını söyləyib.

«RİA Novosti» yazır ki, Tandilyan regionda sosial məsələlərin son dərəcə kəskinləşdiyini bildirib. Onların «birgə» sözlərinə görə, evsizlər üçün mənzil tapmaq məsələsi xüsusilə aktualdır, lakin köçürülmə proqramı artıq başlayıb.

“Təxminən 34 min erməni bölgədəki qarşıdurmanın kəskinləşməsi və ərazilərin Azərbaycana verilməsi səbəbilə evsizdir”, – deyə Tandilyan vurğulayıb.

Rusiyaya məxsus informasiya vasitələrinin ermənilər tərəfindən açıq bazar qiymətləriylə satın alınması kimsəyə sirr deyil. Elə ona görə də zaman-zaman bu cür əsassız iddialar və informasiyalar Rusiya informasiya məkanı vasitəsiylə dünyaya yayılır. Elə bu informasiya da, eyni üslubda ictimaiyyətə ötürülən saxta informasiyalardandır. Mane Tandilyanın dediyinə görə, güya təxminən 34 min erməni bölgədəki qarşıdurmanın kəskinləşməsi və ərazilərin Azərbaycana verilməsi səbəbilə evsizdir. Amma bu axmaq erməni və nadan rus mujiki, hələ də qarşılarındakını avam hesab etdikləri ortadadır. Ermənilərin şişirdilmiş demoqrafik statistikaları barədə məlumat vermişdik. Buna baxmayaraq, məhz elə ermənilərin 2019-cu ilin demoqrafik statistikalarına görə, Ağoğlan (Hadrut) və Xocavənd (Martuni) rayonlarında cəmi 35084 nəfər erməni yaşayıb. Əldə etdiyim məlumatlara görə ərazidə xidmətdə olan qanunsuz hərbi hissələrdə xidmət edən hərbçilər də bu siyahıda əks olunub. Hazırda isə Ağoğlan (Hadrut) və Xocavənd (Martuni) rayonlarının bir hissəsi Ordumuz tərəfindən azad edilib. Azad edilmiş Ağoğlan (Hadrut) rayonunun 2019-cu ilin statistikasında 11980 nəfər, Xocavənd (Martuni) rayonunda isə 23104 nəfər erməni yaşaması qeyd edilib. Tandilyanın deməyindən belə çıxır ki, bu iki rayonda cəmi 1084 nəfərin evi qalıb.

Bəs ruslarla birgə bu Mane Tandilyan bu rəqəmi harasından çıxarıb? Yoxsa rus soldatları ilə birgə «erməni istehsalına» başlayıblar?

Mane Tandilyan millət vəkili kimi 2017-ci ildə Bakıda olub. Xatırladım ki, “Avronest”in iclasında iştirak etmək üçün Azərbaycana gələn erməni deputatlardan biri — Mane Tandilyan hələ o vaxtlar danışdığı yalanlarla gündəmə gəlmişdi. Demişdi ki, Ermənistanda Azərbaycanın mədəni irsi qorunur, tarixi abidələr məhv edilmir. Üstəlik demişdi ki, “Bizə inanmırsınızsa, gəlin, çəkiliş edin. Mən parlamentin deputatı kimi Azəırbaycan televiziyasının nümayənsdəsini Ermənistana dəvət edirəm”.

Qarabağla heç bir əlaqəsi olmayan və 1978-ci ildə Ermənistanın Alaverdi rayonunda doğulmuş sabiq nazir Mane Tandilyan, hazırda Qarabağdadır və özünü Araiklə öpüşən Rüstəm Muradovun himayəsində olmayan separatçı yığnağın «əmək və sosial miqrasiya naziri» elan edib. Bizim ölkəyə 2 dekabr 2020-ci ildə gəldiyi bildirilir. Yəni babalı bir başa başı Araiklə öpüşməyə qarışan Rüstəm Muradovun boynuna düşür.

Xatırladım ki, erməni mənbələri Araik Arutyunyanın üzdəniraq olduğunu və cinsi azlığa mənsub olmasını yazırlar.

Bu barədə erməni sosial seqmentində (Armenian highlands) ermənilər yazır: «Arayik Arutyunyanın homoseksual olduğunu söyləyirlər, bu söz-söhbətlər çoxdan bəri davam edir və biz bu barədə yalnız bir dəfə yazdıq və heç kimdən insanı cinsi oriyentasiyasına görə qiymətləndirməsini istəmədik, çünki kimsə işini yaxşı görürsə, onun oriyentasiyası ilə işimiz yoxdur.


Ancaq göründüyü kimi, bir çox təcavüzkar geylər kimi, Arayik də solçu diktatura qurmaq istəyir. Bu fakt Araik — Rüstəm «dostluğuna» işıq salır».

Bu qanunsuzluğa görə bölgəyə əlinə keçən ermənini daşıyan sülh qarğaları cavab veməlidirlər və bizim aidiyyatlı qurumlar isə hesab soruşmalıdırlar. Alaverdili Maneyə arxayın olmaqla, Putin protektorat qurmağı düşünürsə, böyük səhvə yol verir. Bir daha götür-qoy etmək lazımdır.

Düşmən hələ də eyforiyaya qapılır. Hələ də revanş barədə düşünür. Qanunsuz olaraq ölkəmizə rus himayəsi ilə soxulub «nazir»lik yaradırlar. Biri ordu yaradır, biri parlament, biri də protektorat xülyaları qurur. Bunlara son qoymağın vaxtıdır və bu Mane Tandilyanın da canını bu əziyyətlərdən qurtarmaq zamanıdır. Tək arvad xeylağı, bir rus polku. Çətin məsələdir. Yaşı da ötüb…

Fikrimi Ali Baş Komandan cənab İlham Əliyevin bu fikirləri ilə tamamlamaq istəyirəm: «Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: