ÖLKƏ RƏHBƏRLİYİNİN ŞUŞA SƏFƏRİNƏ SÖZ ARDI: «Veni, vidi, vici»

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva özünü praqmatik bir siyasətçi kimi tanıtmaqdadır. Bu qənaətimi son Şuşa səfəri ilə bir daha təsdiqlədi.

Xatırlayırsınızsa, ötən ilin dekabr ayında düşmən İrəvanda “Sülhməramlılıqda qadınların rolu: İmkanlar və problemlər” konfransında çıxış edən Ermənistan Baş Nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanı Qarabağa dəvət edib və əgər dəvət qəbul olunarsa, özü də Bakıya gəlməyə hazır olduğunu bildirmişdi. Bu gün Moskvada daldanacaq axtarışında olan Anna Akopyan çıxışında Mehriban xanımın teleqram kanalındakı son statusuna işarə edərək: “Onun arzusu Qarabağda muğam dinləməkdir, biz ona gözəl muğam təqdim edə bilərik”.

Baş Nazirin xanımı münaqişənin sülh yolu ilə həll olunmasına da toxunaraq demişdi: “Əgər muğam adı altında onlar müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq…”

Bu sözləri Paşinyanın Annası demişdi və içimizdə düşmənə nökərçilik edənlər bu sözləri tirajlayıb paylaşırdılar. Amma gün bu gündür. Anna Akopyan kimi sülh qarğaları FSB araçılığı ilə Moskvada yerə enib daldalanmağa yer axtaran günlərdə Mehriban xanım Əliyeva Ali Baş Komandan cənab İlham Əliyevlə Şuşada idilər. Mehriban xanım dediyi yerdəydi və qəlbində Vətən sevgisi, baxışlarında Şuşa nisgilini bitirirdi. Cıdır düzündə öz babalarının yurdunda «Veni, vidi, vici» (Lat. «Gəldim, gördüm, zəfər çaldım») fotoları çəkdirirdi. Çünki yanında dayanmış insanın istedadına inanırdı…

Yaşa Ali Baş Komandan!

Var ol, Mehriban xanım!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: