Ağstafalı veteranlar şəhidlərimizi unutmurlar — VİDEO

AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürovun verdiyi məlumata görə, rayon veteranları şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdiriblər.

Bundan öncə də 1 Xatirə bulağı tikilərək təhvil verilmiş və AVMVİB Ağstafa rayon şöbəsi Qırılı kənd dayaq dəstəsinin rəhbəri, ehtiyyatda olan baş leytenant Şükür Tağıyevin təşəbbüsü ilə kənddə daha 3 Şəhid bulağının tikintisinə başlanılmışdı. Hazırda daha bir Xatirə bulağının açılışı oldu. AVMVİB Ağstafa rayon şöbəsinin sədri Alməmməd Babaxanov, rayonda vətənpərvər və xeyirxahlığı ilə tanınan Telman Səməd oğluna veteranlar və şəhid ailələri adından öz minnətdarlığını bildirdi. Telman Səmədoğlu şəhid adlarının əbədiləşdirilməsi üçün əlindən gələni əsirgəmir. Gələcəkdə də bu cür işlərin görülməsi planlaşdırılır.

Xatırladaq ki, bir neçə gün öncə Vətən müharibəsində şəhid olmuş 5 nəfər kənd şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Xatirə kompleksinin açılışını etmişdilər.

Həmçinin rayon veteranları şəhid məzarlarını ziyarət etmiş və məzarları üzərinə gül qoymuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Məkanları cənnət olsun!

Vaqif Sadıqov

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Fedai.az-ın müxbiri

Bu xəbəri paylaşın: