İRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!

XIX əsrin 70-ci illərində Azərbaycan rəssamı Mirzə Qədim İrəvani (azərbaycanlı Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani) tərəfindən çəkilmiş «Oturmuş qadın portreti», «Qacar şahzadəsi Mah Tələt xanımın portreti», «Gənc oğlanın portreti» və s. adlı rəsm əsərlərində İrəvanlı və qeyri türklər təsvir edilib. Onun ən çox tanınan əsərlərin «Gənc qadının portreti», «Gənc oğlanın portreti», «Fətəli şahın portreti», «Rəqqasələr», «Molla», (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), «Mah Tələtin portreti» (Gürcüstan Dövlət İncəsənət Muzeyi), «Quş və çiçəklər» (Rusiya Dövlət Ermitaj muzeyi), Fətəli şah, Hüseynqulu xan və Rüstəm Zalın İrəvani tərəfindən Sərdar sarayı üçün çəkilmiş portretləri (Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir.



XIX əsr azərbaycanlı rəssam Mirzə Qədim İrəvani ornamentalist və portretçi idi. Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklərlə yadda qalmışdır.

1825-ci ildə İrəvan xanlığının paytaxtı İrəvan şəhərində (indiki qondarma Ermənistanın paytaxtı) anadan olub.

1875-ci ildə öz məmləkətində, yəni İrəvan şəhərində vəfat edib, orada torpağa basdırılıb, ancaq məlum səbəblərə görə məzarı qalmayıb. Yəni erməni vandalizminin qurbanı olub…

Deyilənə görə, Rus, Fransız, Fars dillərini bilən İrəvani dövrünün savadlı insanı olub, eləcə də, musiqini sevib, Qərbi Avropa, rus, şərq müəlliflərinin əsərlərindən ibarət kitabxanaya sahib olub.

1875-ci ildə kollec asessoru rütbəsində işləməsi barədə də məlumatlar var.

Türkmənçay müqaviləsində ermənilərin xanlıq ərazilərinə kütləvi köçürülməsindən bir il sonra, 1829-cu ildə İrəvanda əhalinin 60% -dən çoxunu türklər və təxminən 30% -ini isə ermənilər təşkil edirdi.

2011-ci il əhalinin siyahıya alınmasına əsasən, İrəvanda ermənilər şəhər əhalisinin 98,94% -ini və qeyri millətlər cəmi 1.06% -ini təşkil edir. Hazırda bu şəhərdə 1 nəfər də olsun türk yoxdur. Buna soyqırım deyilir.

Haylar törətdiyi bu soyqırım dünyanın gözləri qarşısında baş verib. Sənədi bəlli, sübutu bəlli. Dünya 400 mindən başlayıb 1 milyon 500 min nəfərə çatdırılan bir erməni yalanını siyasi top kimi oynatmaqdadır. Bir soruşan yoxdur ki, bütün Osmanlıda erməni sayı İngilis bəlgələrində 1,2 milyon olmasına baxmayaraq bu milyon yarım haradan çıxdı?

Məgər ermənilər məzarda da doğub törəyirlərmi?

Azərbaycan Respublikasının prezidenti İ. Əliyev haqlı bir şəkildə İrəvanın geri qaytarılması barədə məlum bəyanatına N. Paşinyan belə cavab vermişdi:

«Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı hətta İrəvanı alacağı ilə hədələyir. Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır».

Ermənilər yaxşı bilir ki, onlar «TÜRKSÜZ QARA DƏNİZ-XƏZƏR» zolağı adlı imperialist bir oyunda köpəklik edən bir toplumdurlar və biz bu imperialist planını gec -tez pozacağıq. O zaman bu hay deyilən yığnaq başqa bir məkanda öz «tarixlərini» axtaracaqlar.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: