Rusiyanın Qafqaz cinayəti: Putin Paşinyanın «İskəndər» yanlışını izah etməyə çalışır

Ermənipərəst REGNUM-un yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağda Rusiya istehsalı olan «İskəndər» raketlərinin istifadəsi barədə səhvən məlumatlandırılıb. Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorgyan martın 1-də “Armenpress” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, Paşinyanın Ermənistan tərəfindən «İskəndər» raket sistemindən istifadəsinə dair bəyanatı, bu yaxınlarda Ermənistan hökumətinin başçısı və Rusiya prezidenti Vladimir Putinin telefon danışığı zamanı müzakirə olunub.

«Mövcud faktları və məlumatları müqayisə etmək nəticəsində Baş nazir bu vəziyyət barədə düzgün məlumatlandırılmadığı qənaətinə gəlib» -deyə Gevorgyan bildirib.

O, Paşinyanın açıqlamasının Rusiya ilə hərbi və hərbi sənaye sahəsindəki müttəfiq münasibətlərinin məzmunu ilə əlaqəli olmadığını da əlavə edib. İrəvan, Rus silahlarının dünyanın ən yaxşı silahlarından biri olduğuna şübhə etmir və Rusiya Federasiyası ilə sıx əməkdaşlıq etməyə davam edir.

REGNUM bildirir ki, Paşinyan, daha öncə erməni hərbçilərinin Dağlıq Qarabağda «İskəndər» komplekslərindən istifadə etdiyini, lakin raketlərin “partlamadığını və ya yalnız 10% partladığını” söyləmişdi.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu komplekslərin bölgədəki döyüş əməliyyatları zamanı istifadəsi barədə məlumatları təkzib etmişdi.

Sözardı: Xatırladaq ki, Britaniya nəşri «Middle East Eye» nəşri yazıb: «Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, — deyə britaniyalı nəşrə açıqlama verən şəxs bildirib.

ИВАН, ИДИ ДОМОЙ!

Rusiyanın bölgədəki bu cinayəti öz təsdiqini taparsa, Azərbaycana qarşı qadağan olunmuş silahdan istifadə və müharibədə tərəf kimi iştirakı öz təsdiqini tapacaq. Bu da Rusiyaya qarşı növbəti sanksiyalara və rus silahlarının satışına qarşı embarqolara yol aça bilər. Aldığımız məlumata görə Avropa İttifaqı da bu hərbi cinayət faktını araşdırmağa başlayıb. Ən yaxşısı, ИВАН, ИДИ ДОМОЙ!

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: