AVMVİB Zəngilan rayon şöbəsi qazilərin yanındadır

AVMVİB Zəngilan rayon şöbəsi olaraq, 44 günlün Vətən Müharibısi qazimiz Qasımzadə Namiq Ağa oğlunu YAŞAT FONDUYNAN əlaqələndirib əməliyyatı üçün işlər görüdük.

Bu gün YAŞAT FONDUNUN dəstəyi ilə MƏRKƏZİ KLİNİK XƏSTƏXANADA qazimizdən analizlər götürüldü və qazimiz bel sümüyündən əməliyyat olunmaq üçün palataya yerləşdirildi. Dua edirdik ki, 02.03.2021-ci ildə uğurlu əməliyyat keçsin və qazimiz tez bir zamanda sağlamlığına qovuşsun…

Qazimiz Qasımzadə Namiqin əməliyyatı, nəhayət ki, 7 saatdan sonra uğurla sona çatdı. Şəfalar diləyirik.

Operativ qərar qəbul edib, qazimizi tez bir zamanda əməliyyata götürdükləri üçün YAŞAT FONDU-nun rəhbırliyinə təşəkkürümüzü bildiririk!

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: