YAP-ın qurultayı davam edir

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) birləşib.

Bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)

2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)

3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)

4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)

5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

Həmçinin, Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Nəzarət Təftiş Komissiyası formalaşıb. Qurultay işini davam etdirir.

Bu xəbəri paylaşın: