İlham Əliyev yenidən YAP-ın sədri seçildi

Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilib.

Bu qərar YAP-ın bu gün keçirilən qurultayında qəbul edilib.

Qurultayda partiyanın Nizamnaməsinə dəyişiklik edilib, YAP Siyasi Şurası ləğv edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin bəzilərinin adı məlum olub.

Bu barədə İdarə Heyətindən məlumat verilib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb. Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Bu xəbəri paylaşın: