FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.
Fedai.az xəbər verir ki, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib. Məhkəmədə şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Hakim Mübariz Mənsimovun işi ilə bağlı TAHLİYE qərarı verdi. Mübariz Mənsimov ev həpsi şərtiylə azad olundu!
Bu xəbəri paylaşın:
