Türkiyədə şəhidləri təhqir edən 23 yaşlı qız həbs edildi, bizdə niyə bu cür yanaşma yoxdur?

Türkiyədə 23 yaşlı qız ötən gün helikopter qəzasında şəhid olan hərbçiləri təhqir etdiyinə görə həbs edilib.

Metbuat.az DHA agentliyinə istinadən xəbər verir ki, Yonca adlı gənc sosial media vasitəsiylə canlı yayım zamanı şəhidlərin ünvanına xoş olmayan ifadələr işlədib. Çox saylı şikayətlərdən sonra asayiş keşikçiləri gənci nəzarətə götürüb. Onun barəsində yekun qərarı məhkəmə verəcək.

Anar Türkeş / Metbuat.az

P.S. Nərminə adlı bir əxlaq yoxsulunun Milli Qəhrəman Mübariz İbrahimovla bağlı etdiyi əxlaqsızlığı məhkəməyə daşıdıq. Amma Azərbaycan qanunları onu həbs etmək əvəzinə, az qala üzr istəyəcəkdi. Ona görə də aidiyyatlı qurumllara cinayət məsuliyyətiylə bağlı təkliflər ünvanladıq. Əfsuslar olsun ki, baxan olmadı…

Bu xəbəri paylaşın: