Rusiya yaxın 20 ildə postsovet məkanında… — ABŞ kəşfiyyatı

Rusiya yaxın 20 ildə böyük ehtimalla dünya nizamının dağıdıcısı olaraq qalacaq, onun qlobal təsiri çoxsaylı siyasi, iqtisadi və ictimai hərəkətlənmələr fonunda azalacaq.

Axar.az xəbər verir ki, bu məlumat ABŞ-ın Kəşfiyyat üzrə Milli Şurasının hesabatında yer alıb.

“Yaxın illərdə və onillikdə dünya yeni çağırışlarla toqquşacaq. Bu, xəstəliklər, iqlim dəyişikliyi, yeni texnologiyaların təsirinin artması, maliyyə böhranlarıdır”, – hesabatda əks olunub.

Hesabatda Rusiyanın Çin kimi beynəlxalq nizamı dəyişdirməyə çalışacağı vurğulanıb. Belə ki, Moskvanın Avrasiyanın böyük hissəsində öz protektoratlığını formalaşdırmağa çalışdığı bildirilib.

Amerika kəşfiyyatı Rusiyanın öz hərbi gücünü xaricdə tətbiq etmək və postsovet məkanında hakimiyyət strukturlarının formalaşdırılmasına təsir etmək arzularının yoxa çıxmayacağını qeyd edib.

Bu xəbəri paylaşın: