Müharibənin xroniki sosial-psixoloji təsirləri

Kərim Novruzov

Ağdam rayon 95 saylı orta məktəbin tarix můəllimi

«Müharibə, insanlar və cəmiyyətlər üçün eyni bir mənanı daşıyır, qorxu, narahatlıq, təşviş, xaos kimi bir çox mənfi hiss ilə assosiasiya təşkil edir. Bu səbəbdən də birbaşa olaraq insanların psixi sağlamlığına təsir göstərir.

Müharibə və bu istiqamətdə davam edən proseslər ölüm, yaralanma, xəstəlik, aclıq, həyat rutinində dəyişiklik, evindən, işindən, məktəbindən, ya da yaşadığı ərazidən uzaqlaşma və iqtisadi çətinliklər, insanların gücsüz və təhlükəli vəziyyət yaşamasına səbəb olur.

Travmatik təsirlər, insanlarda fiziki və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Əxlaqi dəyərlərinə də zərər verir. Yəni, insanların gələcək həyatında mənfi nəticələrə gətirib çıxarır.»

«Qadınlar, müharibə, terror hadisələri və cəmiyyətdə narahatlıq yaradan bənzər bütün mənfi situasiyalardan kişilərlə müqayisədə daha çox təsirlənirlər. Kişilər, emosional reaksiyalarını daha yaxşı nəzarət altında saxlaya bilir, buna görə də müharibə zamanı mübarizəni daha adekvat şəkildə davam etdirə bilirlər. Aparılan tədqiqatlarda, müharibədə iştirak edən kişilərdə Müharibə Sindromu adı verilən və Posttravmatik Stress Pozuntusuna səbəb olan psixoloji narahatlıq müşahidə olunur.

Kişilər struktur baxımdan daha dayanıqlı olurlar. Onlar dünyaya gəldikləri andan etibarən cəmiyyət daxilində evini, həyat yoldaşını və ailəsini qoruyan, lazım olanda vətəni üçün canını verəcək tərzdə böyüdülürlər. Buna görə də emosional reaksiyalarını daha yaxşı idarə edə bilir, lazım olduğu təqdirdə gizlədə bilirlər.»

«Müharibə görmüş uşaqların psixikasında ciddi problemlər olur və bu problemləri aradan qaldırmaq üçün mütləq şəkildə o uşaqlar pulsuz peşəkar psixoloji dəstək almalıdır. Dövlət mütləq bunu təmin etməlidir. Çünki gözü qarşısında yaşananlar posttravmatik stres formasına çevirildikdən sonra bu problem şüuraltına tam oturmuş olacaq. Sonra bu, onu ömürboyu hər bir sahədə incidəcək, müəyən ləngimələr yaradacaq. Ona görə də yaşadıqları gərginlik, stress, psixoloji travmalar şüuraltına tam oturmamış dövlət təcili sürətdə peşəkar psixoloji xidmət layihələrini o uşaqlar üçün həyata keçirməlidir, təmin etməlidir. Amma təkcə uşaqlar yox, müharibədə yaxınlarını itirmiş, psixoloji zərbə görmüş hər bir kəsə pulsuz ümumi psixoloji dəstək göstərilməlidir».

«Müharibə görmüş və travma almış uşaqların şüuraltı böyük aqressiyaya məruz qalır və o uşaqların psixologiyasında ciddi zədələnmə yaranır. O uşaqlarda böyüdüyü zaman şizofreniya, psikopatiya və bunun kimi ağır fəsadları olan psixi pozuntularun yaranma riski yüksəkdir. Nəticə etibarilə həmin insanların affekt vəziyyətinə düşməsini daha da artıracaq, bu da cinayətlətin artmasına səbəb olacaq. Həmçinin həmin insanlarda assosiallıq kimi hallar da müşahidə ediləcək. İnsanlarla ünsiyyət qurulması çətinləşcək.«»Ümumiyyətlə mərmi və güllə səslərini uşağa təsirini o hələ ana bətnində olarkən göstərir. Hamilə qadının yaşadığı hər bir şey birbaşa dölə təsir edir, onun inkişafına ciddi problemlər yaradır. Nəticədə uşaq hələ ana bətnində olarkən ilk travmasını alır. Bilirik ki, ana düzgün qidalanmalıdır. Qadınlar müharibə dövründə doğru-düzgün qidalanmır ki, bu da ikinci təsiri göstərmiş olur. Dünyaya gələndən sonra uşağın təmin olunmalı olduğu ən vacib amil onun güvən və rahatlıq hissidir. O arxayın olmalıdır ki, güvənli və problemsiz bir şəraitdədir. Bu hisslə biz onu təmin etməliyik. Əgər bu təminat olmursa uşaq gələcəkdə də tam normal xasiyyətlə formalaşa bilmir. Müharibə şəraitindəki insanın hər anına, hər gününə, hər saatına böyük ümid yoxdur. Ona görə də uşaq daim qorxur və təzyiq altında, “indi ölə bilərik, bu saat ölə bilərik, mərmi düşə bilər” deyə düşünür.

Yəni, uşaq çox körpə yaşlarından artıq düşmən anlayışına öyrəşir, hansı ki, bu olmalı deyil. İnsanlar düşmən anlayışını böyük yaşlarda öyrənməlidir. Uşağa kiçik yaşlarından ətraf mühit onu sevən, onun qayğısını çəkən, ona dostcasına münasibət bəsləyən bir çevrə kimi tanıdılmalıdır. Bu da pozulduğuna görə uşaq psixikasına çox ciddi zərbə vurur. Hələ mən o valideynləri həlak ola bilən, şikəst ola bilən, yaralana bilən uşaqları nəzərə almıram. Valideyni itkin düşmüş uşaqlarda gözləmə nevrozu yaranır»»Ümumiyyətlə insan cəsədi, qan və ya bu kimi şeylər nəinki uşağlarda, böyüklərdə də çox ciddi psixi travma yarada bilər.

Uşaqlarda isə davranış pozuntularına, dərin depressiyalara səbəb ola bilər. Böyüyəndə belə uşaqlarda şəxsiyyət pozuntusu, müxtəlif sayılı nevrozlar olur və onlar şəxsiyyətlərini tam istədikləri kimi inkişaf etdirə bilmirlər. Müharibə şəraitində olan uşaqlar o şəraitdən təcili surətdə uzaqlaşdırılmalıdırlar və onlar üçün çox ciddi reabilitasiya mərkəzləri açılmalıdır. Orada onlara psixoloji və psixoterapik dəstək verməlidirlər.»

«Unutmayaq ki, onlar elementar hüquqlarından məhrum olmuş insanlardır. Uşaqların müharibənin qurbanına çevrilməsi bəşəriyyətin ən böyük cinayətidir. Beynəlxalq Təşkilatlar onların qarşısında borcludurlar.»

Bu xəbəri paylaşın: