POEZİYA ÇƏLƏNGİ: QINAMAYIN MƏNİ

Muhammad Muşşooğlu

Telafər (Türkməneli), İraq

Açma dərdim, qardaş, yorğunam yorğun
Yad əlində qalmış Vatana döndüm.
Qurumuş yarpağı, kəsilmiş suyu,
Bir barı yonulmuş bostana döndüm.

DÖNDÜM

Açma dərdim, qardaş, yorğunam yorğun
Yad əlində qalmış Vatana döndüm.
Qurumuş yarpağı, kəsilmiş suyu,
Bir barı yonulmuş bostana döndüm.

Tərk etdim diyarı, maldan talandım,
Naçar qaldım, qapı-qapı diləndim,
Saqqız kimi ağızlarda çeynəndim,
Bir beli bükülmüş insana döndüm.

Seçərdim, ölçərdim, verərdim dolu,
Əl gücüm yetərdi bükərdim qolu,
Qurd kimi gəzərdim, sevərdim çölü,
Dişləri tökülmüş aslana döndüm.

Atlı yayan qəmsiz köyə keçərdim,
Bağlı qapıları dillə açardım,
Arpanı, buğdanı birdən biçərdim,
İndi isə bir vecsiz müsəlmana döndüm.

Yalan ilə aldadıram özümü,
Ağlamadan duman aldı gözümü,
Danışıram kmsə almaz sözümü,
Bir teli qırılmış kamana döndüm.

Yalvarma hər kəsə, dönüb yalmanma,
Bir kərə aldandın, bir də aldanma,
Əkməyi gözdə bil, fazla kullanma,
Bir çarxı təes olmuş zamana döndüm.

Mişşooğlu deyər iş tutmaz əlim,
Bu gördüyüm günlər kəsdi xəyalım,
Zor oldu yaşamaq, haqq oldu ölüm,
Bir taxtı yıxılmış sultana döndüm.

QINAMAYIN MƏNİ

Qınamayın məni, əgər ağlarsam,
Türkmənəm, canımdan bezar olmuşam.
Yıxıldı sarayım, çöl oldu elim,
Qurdlara, quşlara diyar olmuşam.

Köçü köç eylədi, getdi karvanım,
Bir âh çəkdim göyə çıxdı dumanım,
Əldən düşdüm, cana yoxdur gümanım,
Saçım beyaz, qocaxtiyar olmuşam.

Ağladım, gözyaşım axdı göl oldu,
Ataş aldı yürek, yandı kül oldu,
Görmədiyim illər mənə yol oldu,
Çaşırdım yolumu, naçar olmuşam.

Çarxı dönmüş fələk qırdı qolumu,
O yad, yabançılar dərdi gülümü,
Günlər gəlir, könlüm dilər ölümü,
Zalım yada alçaq duvar olmuşam.

Oğlu ölmüş ana kimi çatlaram,
Elim, malım, mülküm, köyüm yadlaram,
Nə vaxt dönəcəyim, onu bəklərəm,
Bağda unudulmuş çüt nar olmuşam.

Çocuqlarım yadlar əski günləri,
Sabah olur bəklər o kaç minləri,
Xudam saxla məni, aciz canları,
Yandı bağım, bağçam, bayar olmuşam.

Qazanda su qaynar boşu boşuna,
Bir ovuc dənim yox atım aşıma,
Soğan da mahnadır gözüm yaşına,
Həsrətim ürəkdə lal-kar olmuşam.

Yoxsulun halını çəkəndən sorun,
Gülün qiymətini əkəndən sorun,
Qaç arşın kəfəni biçəndən sorun,
Qoyun baş taşımı, məzar olmuşam.

Muşşooğlu diyər, zülüm bəs yetər,
Yaşlılıq günləri ölümdən betər,
Kimimiz fahişə, kimimiz cəhər,
Köçmənlər adıyla yazar olmuşam.

Bu xəbəri paylaşın: