Erməniliyin hüdudsuz həyasızlığı davam edir…

Öz həyasızlığı ilə dünyanı təəccübləndirəcək tək millətin adı ermənidir. Bu həyasızlıq o həddədir ki, onlar Şuşanın erməni-rus faşizmindən azad edilməsini «işğal» kimi təqdim edirlər. Hələ taladıqları Qarabağ torpaqlarını demirik.


Hazırda isə Şuşaya səfər etmiş səfirləri hədəfə alıblar. İlk hədəf Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskidir.


Ukraynalı diplomat «Twitter» hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib. «Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına — Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!», səfir bildirib.


Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Növbəti hədəf Hollandiyanın Azərbaycandakı səfiri Pauline Eisemanın Şuşaya səfəri ilə şouda iştirak etməkdən imtina etməsi barədə erməni feykidir. Bu barədə “Infoteka24” mənbələrindən alınan məlumatlar mübahisəyə səbəb olub, Hollandiyanın Azərbaycandakı səfirinin də olduğu fotoşəkillər yayımlandı. Redaktorlar daha çox məlumat almaq üçün Hollandiyanın Ermənistandakı səfirliyi ilə əlaqə saxlayıblar.

Erməni mediası qeyd edib ki, bir neçə gün əvvəl Hollandiya hökuməti Azərbaycanı bütün hərbi əsirləri dərhal və heç bir şərt qoymadan geri qaytarmağa çağırmışdı. Bildiririk ki, ermənilər Hollandiyanın ölkəmizdəki səfirinin bu səfərdən imtina etməsini yazmışdı.


Ermənilərin daha bir hədəfi isə Yunanıstanın ölkəmizdəki elçisidir. Erməni saytı yazır ki, ATƏT-in Minsk Qrupuna üzv ölkələrin səfirləri bu səfərdə iştirak etməkdən imtina etdilər. Ancaq Azərbaycan mətbuatında yer alan məlumatlara görə, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperigos təşəbbüsdə iştirak etməkdən imtina etməyib.

Göründüyü kimi, ölkəsini və növbətçi xalqını təmsil edən Yunanistan səfiri, yunan xalqının da türklər tərəfindən soyqırıma məruz qaldığını, türklərin də yunan ərazilərini işğal etdiyini unutdu. Yunanıstan özünü pantürkist planların həyata keçirilməsinə qarşı çıxan bir ölkə kimi təqdim edir və Şuşa tam olaraq Türkiyənin birbaşa iştirakı ilə «işğal edilmiş» şəhərdir. Bəlkə yunan tərəfdaşlarımız Ermənistanın “Şimali Kiprdə” səfirlik açmasına qarşı deyillər? Yunan tərəfdaşlardan Azərbaycan mediası tərəfindən yayılan məlumatların təkzib ediləcəyinə ümid edirik. Bax buna ermənilik deyərlər.


Almaniyanın səfərdən imtina etməsi isə növbəti erməni feyk-xəbəridir. Çünki Twitterdə Almaniyanın ölkəmizdəki səfiri adından məlumatı infoteka24 saytı özü yayıb.


Qaldı ATƏT-in Minsk Qrupu adlı «Üç bacı dolmasının» səfirlərinin imtina etməsi elə bu ölkələrin separatçı rejimin nümayəndəliklərini hələ də öz ölkələrində yasaqlamamaları onların xislətlərindən xəbər verir.


ATƏT Minsk Qrupu elə bu addımıyla «Cəhənnəmə getdi!» Çünki bu 3 ölkə burada törədilmiş hərbi cinayətlərdə bilavəstə günahkar və iştirakçıdırlar. Ali Baş Komandanımız İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun müharibənin nəticələrinin aradan qaldırılmasında, xalqlar arasında sülhün əldə olunmasında dəstəyinə ümid edir.

Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə, bu səfərin şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunduğunu deyib. Diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: