UNUTMAYIN VE UNUTTURMAYIN – SREBNİTSA SOYQIRIMI!!!

ƏSİL TÜRK — BUNLARI UNUTMAZ  VƏ BAĞIŞLAMAZ !!!

Srebrenitsa qətliamından 25 il ötür.

11 iyul 1995-ci ildə Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada başlayan, ən azı 8372 bosniyalı mülki şəxsin Ratko Mladic komandanlığı altında serb əsgərləri tərəfindən vəhşicəsinə öldürüldüyü bir insan faciəsinin yaşandığı gün.

Yalnız Bosniya və Herseqovinada deyil, bütün dünyada bir ağrı və ədalət axtarışının bir simvolu halına gəldi. Srebrenitsada indiyədək 6500 qurban müəyyən edilmişdir. Keçən il şəxsiyyəti müəyyənləşdirilən 36 qurban Potacari Qəbiristanlığında dəfn ediləcək. Srebrenitsa nədir və 25 il əvvəl baş verənlər sualının cavabını axtaraq.

AVROPANIN MƏRKƏZİNDƏ SOYQIRIM

Srebrenitsa Qırğını və ya Srebrenitsa Soyqırımı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada Vətəndaş Müharibəsi (Serb, Xorvatiya, Bosniya müharibələri) dövründə,  Serb Ordusunun Srebrenitsaya qarşı 1995-ci ilin iyul ayında Krivaya əməliyyatı reallaşdı və Bosniya-Herseqovinada ən az 8372 müsəlman boşnak öldürüldü. Serb ordusunun komandanı hərbi cani General Ratko Mladic olmuşdur.

Qırğında bəzi qadınların və gənc uşaqların da öldürüldüyü sənədlərlə sübut edilmişdir.

Bosniyaların soyqırımda  Serb ordusu ilə yanaşı “Scorpions” kimi tanınan Serbiya xüsusi təhlükəsizlik qüvvələri də iştirak etmişlər. Birləşmiş Millətlər Təşkilatı Srebrenitsayı təhlükəsiz bir bölgə elan etsə də, 400 silahlı Hollandiyalı sülhməramlı qüvvəsinin olması qırğının qarşısını ala bilmədi və ya almaq istəmədi.

Srebrenitsa soyqırımı  İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük kütləvi soyqırım  olması və  qanuni olaraq sənədləşdirilmiş ilk soyqırım aktıdır.

ƏLLƏRİNDƏN SİLAHLARI ALINAN XALQ QƏTL EDİLDİ

Srebrenitsa — 1992-ci ildə Yuqoslaviyanın dağılmasından sonra Bosniyada serblərin başlatdığı soyqırımdan sonra bölgəyə  müdaxilə edən Birləşmiş Millətlər Təşkilatının təhlükəsiz bölgə elan etdiyi 6 bölgə arasında yer alırdı. Müharibədən əvvəl 24 min civarında olan şəhərin əhalisi, digər bölgələrdən gələn qaçqın köçü ilə 60 minə çatmışdı. Artıq  Srebrenitsa aclıq və xəstəliklərlə  mübarizə aparan toplama düşərgəsinə çevrilmişdi. Müsəlmanların əllərindəki silahlar BMT-nin Sülhməramlı Qüvvələri tərəfindən qorunursunuz, güvənlisiniz deyərək toplandı. Ratko Mladiçin rəhbərlik etdiyi serblər Srebrenitsaya hücumlarını gücləndirəndə, müsəlmanların topladıqları silahları geri almaq üçün müraciəti məsul Holland komandiri Thom Karremans tərəfindən rədd edildi. BMT-nin şəhərin üzərindən iki F16 təyyarəsi uçurmaqla kifayətləndi.

Hollandiyalı əsgərlər gecə yarısı, Bosniyadakı BMT Sülhməramlı Qüvvələrinin komandanı olan Hollandiyalı generalın əmri ilə şəhəri boşaltdılar. Müharibə zamanı şəhərin təhlükəsizliyinə  məsul olan Hollandiyalı Komandir Thom Karremans, 65.000 qaçqını və şəhəri serblərə təslim etdi.

Daha sonra ortaya çıxan video lentdə Serbiya generalı şəhəri boşaltan Holland komandirinə hədiyyə verir və bərabər fotoşəkil çəkdirirlər.

Bir həftə davam edən soyqırım  II Dünya Müharibəsindən sonra insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi qeyd edildi. Lahey Ədalət Məhkəməsi, bir həftə davam edən qırğını “soyqırım” olaraq tanıdı, lakin Serbiyanın məsuliyyət daşımayacağına qərar verdi.

SOYQIRIM QƏRARI VƏ CİNAYƏTİ

Hollandiyanın Lahey şəhərində Beynəlxalq Ədalət Məhkəməsi, 2007-ci il tarixli qərarında,  Srebrenitsa ve çevresinde yaşananları “soyqırım” olarak tanımladı. Serbiya komandiri Ratko Mladiç, Srebrenitsa soyqırımı da daxil olmaqla bir çox cinayətə görə ömürlük həbs cəzasına məhkum edildi.

Eyni məhkəmə, keçmiş Bosniya Serb lideri Radovan Karaciçi, Srebrenitsa soyqırımı da daxil olmaqla, 10 fərqli cinayətə görə 2016-cı ildə bağladığı iddia ilə 40 il həbs cəzasına məhkum etdi.

Məhkəmə, keçmiş Serbiya generalları və hərbiçilərini Srebrenitsa soyqırımındakı günahlarına:

  • Radislav Krstici 35 il,
  • Vidoje Blagojevici 15 il,
  • Vujadin Popovic ve Ljubisa Bearayı ömürlük,
  • Drago Nikolici 35 il,
  • Ljubomir Borovcanini 17 il,
  • Vinko Pandurevici 13 il,
  • Radivoje Miletici 19 il,
  • Milan Gveroyu 5 il həpsə məhkum etti.

Bosniya və Herseqovina Məhkəməsində baxılan məhkəmə işində, 13 iyul 1995-ci ildə təxminən min Bosniya mülki insanı öldürməkdə günahlandırılan Milorad Trbiç, 30 il həbs cəzasına məhkum edildi.

İndiyə qədər müxtəlif məhkəmələrdə Srebrenitsa soyqırımı ilə ba ğlı 45 serb 699 il həbs cəzasına məhkum edildi.

 Serbiyanın keçmiş prezidenti Slobodan Miloseviç də Srebrenitsa’da soyqırımda günahlandırıldı, lakin Beynəlxalq Məhkəmədə mühakimə olunarkən həbsxanada öldü.

Vahidov Qurban

Tədqiqatçı — araşdırmaçı

Bu xəbəri paylaşın: