TƏBRİK: AFƏR İBRAHİMOV — 55

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini, polkovnik Salman Musayev, ehtiyyatda olan polkovnik-leytenant Afər İbrahimovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin. Amin.


Afər ibrahimov 1990- 1995-cı illərdə Az.Elmi Təhqiqat inistitutunda və Az.Enerji şirkətində mühəndis vəzifəsində işləmişdir. 1996- 2020-ci illərdə isə Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər, Hacıqabul, Nərimanov rayonlarında və Şirvan şəhərində yerləşən hərbi hissələrində kiçik mütəxəsislərin hazırlığı tədris bölüyündə taqim komandri və bölük komandiri, əməliyyat
briqadasında isə xüsusi vasitələrin tətbiq edən bölüyün komandiri, Daxili Qoşunların Baş idarəsinin Kimya şöbəsində isə baş zabit və şöbə rəisinin müavini vəzifələrində xidmət etmişdir.


Daxili Qoşunlar və Türkiyə Jandarma qüvvələrinin birgə fəaliyyəti ilə Xəzər rayonunda yaranmış tədris mərkəzini (zabitlərin təkmilləşdirmə kursunu) 1998-ci ildə bitirdikdən sonra Türkiyə Jandarma qüvvələrinin xidməti fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ilk dəfə tədris mərkəzini bitirən zabitlərlə birlikdə tanışlıq və hərbi təcrübə məqsədi ilə 1998-ci ildə Türkiyə Jandarma qüvvələrinin Ankarada, İstanbulda və İzmirdə (Focedə) yerləşən hərbi hissələrdə xidməti ezamiyyətdə olmuşdur.


Polkovnik leytenant Afər Ibrahimov 15.07 1966 — cı illərdə Qərbi Azərbaycanın Ağbaba mahalının Caybasar kəndində anadan olub. O, 1983-cü ildə orta məktəbi, 1990-cı illərdə isə Neft Kimya İnistitutunun “Neft Mexanika“ fakültəsini bitirib. 1985-1987-ci illərdə Gürcüstan Respublikasının Qori rayonunda və Naxçıvan şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.


Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik-leytenant Afər İbrahimov peşəkarlığı və humanistliyi ilə ömrünün ən məhsuldar dövrünün 26-illik şərəfli xidməti yolunu Hərbi xidmətdə keçirib.


O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün daim nümunə olmuşdur .


Afər İbrahimov Daxili Qoşunlara həvalə etmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə bir taqım, bölüm komandiri və Daxili Qoşunların Baş İdarəsinin kimya xidmətinin baş zabiti kimi məsuliyyətlə yanaşmışdır.


Ehtiyatda olan polkovnik leytinant Ayfər İbrahimov Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O , Daxili Qoşunların Baş İdarəsinin Qərərgahının Kimya xidmətində (şöbə səlahiyyətlixidmətində ) baş zabit və kimya xidmət rəisinin müavini vəzifələrində xidmət edərək bir çox məqsədli və kompleks qrupların üzvü olarkən, səmərəli fəaliyyəti və işgüzarlığı, mənəvi keyfiyyətiylə Daxili
Qoşunlar Komandanlığının daimi diqqətində olmuşdur.


Silahlı Qüvvələr veteran Ayfər İbrahimovun DİN-in Daxili Qoşunlarında səmərəli fəaliyyəti, Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlğı tərəfindən yüksək xidmətləndirilib.Cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunnmasında , xidməti və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə o, “Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə hərbi xidmətlərinə görə“ medalı, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlar komandanlığının və xidmət etdiyi hərbi hissələrin komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla (Silahlı Qüvvələr Veteranı medalı ilə, Daxili Qoşunlarda Qüsursuz xidmətlərə görə 3-cü , 2-ci və 1-ci dərəcəli medallarla, Silahlı Qüvvələrin yaranmasının 10, 90 və 95 illik yubiley medalları ilə, döş nişanı ilə, fərmanlarla və qidmətli hədiyyələrlə mükafatlandırılıb.


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: