TƏBRİK: POLKOVNİK-LEYTENANT ƏLİYEV KAMAL BAYRAMƏLİ OĞLU — 60

TƏBRİK: MÜHARİBƏ VƏ SİLAHLI QÜVVƏLƏR VETERANI EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT ƏLİYEV KAMAL BAYRAMƏLİ OĞLU -60

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini, polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov Müharibə və Silahlı Qüvvələr veteranı, ehtiyyatda olan polkovnik-leytenant Kamal Əliyevi  doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.

 Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin.

Polkovnik – leytenant Əliyev Kamal Bayraməli oğlu 15 iyul 1961-ci ildə anadan olub. O, 1979-cu ildə  orta məktəbi bitirib. 1979-1980-ci illərdə SSRİ Daxili işlər nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə SSRİ Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən Ali Hərbi Siyasi məktəbi bitirib.

Kamal Əliyev 1985-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Tblisi şəhərində yerləşən diviziyasının tədris alayında (birqadasında) təminat bölük komandirinin tərbiyə işləri üzrə müavini, təminat bölük komandiri əvəzi, kiçik komandirlər və mütəxəsislər hazırlayan bölükdə, bölük komandirinin tərbiyə işləri üzrə müavini, SSRİ DİN-in Daxili Qoşunların Baş İdarəsinin Bakı şəhərində yerləşən Diviziyasının Mühafizə alayında klub rəisi, tərbiyəvi işlər üzrə baş təlimatçı vəzifəsində xidmət edib.

Müharibə və Slahlı Qüvvələr veteranı, polkovnik – leytenant Kamal Əliyev 1992-ci ilin yanvar ayından 1992-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Baş İdarəsinin Əlahiddə konvoy (müşayiət) hərbi hissəsində hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət etmişdir, 1992-ci ilin sentyabr ayından 1993-cü ilin avqust ayına kimi Azərbaycan respublikasının KHVTİC-də  rəhbər vəzifədə  olub. 1993-cü ilin sentyabr ayından 1999 — cu ilin noyabr ayına kimi Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda və Sumqayıt şəhərində  yerləşən hərbi hissələrdə tabor və hərbi hissə  komandirinin tərbiyə işlər üzrə müavini işləyib, 1999-cu ilin dekabr ayından 2007-ci ilin sonunadək Daxili Qoşunların Baş idarəsinin inispeksiyasında  baş inspektor vəzifəsində ilk xidmət edən təcrübəli, peşəkar, ali hərbi  təhsilli, zəhmətkeş, xidməti vəzifələrin yerinə yetirilməsinə obyektiv yanaşan, kollektiv arasında böyük nüfuza malik olan zabitlərdən biri də Kamal Əliyev olmuşdur. O, 2001-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Araşdırma, Strateji Təhqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə kursunu bitirib.

Ehtiyatda olan polkovnik leytenant Kamal Əliyev  peşəkarlığı və humasitliyi ilə ömrünün ən məhsuldar dövrünün 28-ildən çox şərəfli xidməti yolunu Daxili işlər nazirliyinin Daxili Qoşunlarında kecirmişdir.

Kamal Əliyev Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, 1999-cu ildə Qobustan hadisələrində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .  K.Əliyev Azərbaycanın  suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.

  O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin daxili qoşunların baş idarəsinin inspeksiyası haqqında əsasnamənin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur .

Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant Kamal Əliyev Vətənə, dövlətə  və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsinin inspeksiyasının baş inspektor vəzifəsində olarkən , Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərinin , eləcədə DQBİ-nin hərbi hissələrinin və əhalidə bölmələrin xidməti fəaliyyətlərini  yoxlayarkən, səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyətləri ilə Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

1999-2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları ( MN, DİN, MTN, XDMX, SQ və ƏN) əməkdaşları arasında seçilən «Atçılıq üzrə idman yarışlarında“ yüksək nəticələr göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüş, DNDQ yığma komandasının tərkibində K.Əliyev DİN yığma komandasının qələbəsinə öz layiqli töhfəsini vermişdir.

Polkovnik – leytenant Əliyev Kamal Daxli Qoşunlarda xidmət etdiyi ilərdə xidmətdə fəqləndiyinə görə, SSRİ və  Azərbaycan Respublikasının, DİN-in Daxili Qoşunlar komandanının müvafiq əmrləri ilə “Daxili Qoşunlarda“ əla xidmətlərinə, Daxili Qoşunlarda döyüş və ictimai siyasi hazırlıq üzrə “əlaçı” və Daxili Qoşunların 15 illik yubileyi döş nişanları ilə,  SSRİ Ali Soveti adından “SSRİ Sİlahlı Qüvvələrin yaranmasının 70 illik yubileyi“, Rusiya Federasiyasının Sankt –Peterburq şəhərində yerləşən “DİN-in Daxili Qoşunların Ali siyasi hərbi inistitutunun 70 illik yubileyi“, Azərbaycan Respublkasının Prezidentinin adından Daxili İşlər nazirinin müvafiq əmrləri ilə “qüsursuz xidmətə görə “ 1-ci, 2-ci, və 3-cü dərəcəli , “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 10 və 90 “  illiyi və  “ Azərbaycan Slahlı Qüvvələr Veteranı “ medallarla təltif edilib.

O, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə görə hərbi təhsil aldığı məktəbin rəhbərliyinin, xidmət etdiyi hərbi hissənin, diviziyanın  komandirlərinin,  SSRİ və Azərbaycan Respublikası Daxili İşlər nazirlərinin və Daxili Qoşunlar  komndanlarının müvafiq əmrləri ilə yazılı  şəkildə təşəkkürnamə ilə, bir çox qiymətli hədiyyələrlə, fəxri fərmanlarla, diplomlarla və pul mükafatları iıə mükafatlandırılıb  

Dərin hörmətlə, Aəzrbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: