Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsində qazi, «Azərsu» ASC-nin əməkdaşı Hüsüyev Məhəmməd Hüsü oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi «Müharibə Veteranı» döş nişanı Xatirə Medalı ilə təltif olundu.
AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov Xatirə medalını təqdim edərək müharibə veteranını təbrik etdi.
Təltif mərasimində şöbə sədri, xalq və ordumuzun birliyindən söz açdı. M.Ələsgərov qeyd etdi ki, Vətən müharibəsində “Azərsu» ASC –nin bütün əməkdaşları ordumuza həm maddi, həm də mənəvi dəstək oldu. Elə bu gün də «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları şəhid və qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaqdadır.
Şöbə sədri Mərdan Ələsgərov «Azərsu «ASC Rəhbərliyinə şəhid ailələri və veteranlara göstərilən xüsusi diqqətə görə öz təşəkkürünü bildirdi.
Müharibə veteranı Hüsüyev Məhəmməd təltifə görə AVMVİB rəhbərliyinə öz təşəkkürünü bildirdi. Çalışdığı Azərsu ASC — də veteranlara göstərilən xüsusi qayğıya görə rəhbərliyə öz minnətarlığını bildirdi.
Elnur Səlim