Goranboy veteranları «Şəhidlər Bulağı» kompleksinin açılış mərasimi keçirdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsi Şəhidlərin xatirəsinə həsr olunmuş momerial Şəhidlər Bulağı kompleksinin Goranboy rayonu Dəlməmmədli kəndində açılış mərasimi keçirib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.


Açılış mərasimində rayon İcra Hakimiyyəti nümayəndələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub və onların keçdiyi şərəfli döyüş yolları xatırlanıb.


Allah şəhidlərimizə rəhmət eləsin və onları unutmayan qazilərimizə can sağlığı versin!


Türkay Xaqan

Bu xəbəri paylaşın: