TƏBRIK: MAHİR AGAKİŞİ OGLU AGAKİŞİYEV — 64

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini, polkovnik Salman Musayev, 1992-2001-ci illərdə Daxili Işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Agdam, Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrdə tagım komandiri, bölük komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandiri və hərbi hissənin tərbiyə bölməsində baş təlimatçı vəzifələrində xidmət etmiş, müharibə veteranı, istefada olan  mayor Agakişiyev Mahir Agakişi oglunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.  Qoy yaşının üstünə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin!

Amin!

Mahir Agakişiyev dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların hərbi hissələrində xidmət edərkən səmərəli fəaliyəti, işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıgı, bacarıgı, nəzəri və praktiki biliyi ilə daima Daxili Qoşunların Komandanlığının və xidmət etdiyi hərbi hissələrin komandirlərinin diqqət mərkəzində olmuşdur. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna həmişə məsuliyyətlə yanaşmışdır.

Mahir Agakişiyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ugrunda (Agdam, Agdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş, ona həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məzuliyyətlə yanaşmışdır. Xidmət etdiyi müddət ərzində xidmətdə fərqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş nişanları, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün gözəl nə varsa, sənin olsun, Mahir bəy!

100 yaşa!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: