SİNAY ALBAN yazısı

İlhami Cəfərsoy

1988-ci ildə «Azərbaycanın türkmənşəli etnohidronimləri» adlı namizədlik, 2010-cu ildə «Türk dilləridə teonim və etnonimlər» (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir.

Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.

İ.Y.Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiridir

Xaqani Ədəboğludan: «Fəxrlə deyə bilərəm ki, İlhami Cəfərsoy mənim müəllimim olub. Şuşa Mədəni Maarif Məktəbində bizə Estetika dərsi keçib. Həm də Şuşa Rayon Komsomol Komitəsinin I katibi idi. Yüksək mədəniyyəti və intelekti ilə xatirimizdə qalan müəllimlərimizdəndi. Bu gün də araşdırdığı sahədə tam fərqli fikirləri deməsiylə fəxr edirik. «Biz — sizin tələbələriniz olaraq, hər bir yazınızı oxuyur və təbliğ edirik. Tanrı Sizi qorusun, əziz müəllimimiz. Nə edək ki, bizim də ölkəmiz özündən olanları sevmir. Öz dahilərini görməyəcək dərəcədə təbliğata məruz qoyulur. Avrosentrizmin kahinlərini bəsləyən «elmi mərkəzlərin» tək amalları fərqli fikirləri yox etməkdən ibarətdir. Hər həftə Sizin tədqiqatlarınızı bir daha yayınlamağı qərara aldıq. Öncə facebook paylaşımlarından başladıq. Qələminiz iti olsun!»

S İ N A Y A L B A N y a z ı s ı

Qırmızı dəniz sahilindəki monastırdan Alban əlifbası ilə yazılmış perqament tapıldı. Erməni və gürcü alimləri dərhal hərəkətə başladılar. Bizimkilər isə fil qulağında yuxularına davam etdilər. Nəticə bu oldu ki, o dilin Azərbaycan dilinə heç bir aidiyyatı yoxdur. Halbuki perqamentin dili ari və sami dillərinin təsirinə uğramış türk dillərindən biridir. Xüsusilə, maraqlıdır ki, monastırın keşişləri Məhəmməd peyğəmbərin fərmanını indiyədək saxlayırlar. Fərmanda göstərilir ki, tək Allahı tanıyırlar. Ona görə monastır bütün verqilərdən azad edilsin.

Mən Zaza Aleksidzenin kitabını alan kimi Tiflisə yola düşdüm. Mübahisəmiz saatlarla uzandı. Sübuta yetirdim ki, sən üstündən sükutla keçdiyin sözlərin hamısı türk sözləridir. Buğacuq, yəni kiçik buğa nə zamandan sizin sözünüz olub? Zaza tənə ilə üzümə baxdı. Dedi ki, neftin milyonlarını əyyaşlığa xərcləyirsiniz.

Gedin oturun Sunay dağının ətəyində tarixinizi öyrənin. Onun sözləri yeddi qatımdan keçdi.

İki-üç məqalə yaza bildim. Onları da heç oxuyan olmadı.

H Ə B Ə Ş və ya A B İ S S E N A

Həbəş əlifbası əsasında 4 erməni, 4 gürcü, 5 alban əlifbası tərtib edilmişdir. Həbəş əlifbası isə Aran əlifbası əsasında yaradılmışdır.

Bizim Aran müdrikləri er.əv.xv əsrdə Finikiyada dünyanın ilk fonetik əlifbasını yaratmış, həmin əlifba əsasında yunan, latın, etrusk, həbəş əlifbaları tərtib olunmuşdur. Eranın əvvəllərində Həbəşistanda 100-ə yaxın etnos yaşayırdı. Onlar Abas, Qız, İtoba, Kafa və s. idi. Türk mənşəli Abas nəsli daha güclü olduğundan ölkə onların adı ilə şərqdə H»Əbəşistan, qərbdə Abissena adlanır.

Abas nəsli Həbəşistana Albaniyadan köçüb getmişdir. Albaniya və Türkiyədən Həbəşistana köçən patriarxlar irqlərini dəyişib qaralsalar da, yüz illərlə Qafqazdan ora köçdüklərini xatırlayırdılar. Hər üç əlifbanı tərtib edən Mesrop Maştos erməni deyildi. Aran nəslindən idi. Mesrop adı Aran adının kopt dilinə tərcüməsidir.

Ermənilər bütün bunları yaxşı bilirlər, ancaq danışmaq lazım olmayan yerdə susmağı bacarırlar.

Biz isə:


Yumşaq çarpayı gəzirik,
Mürgüləyib yatmaq üçün.
Dayazlığa baş vururuq,
Dərinliyə çatmaq üçün.

*******

Qafqaz və Avropa Albanları

Albanlar qədim Ön Asiyanın güclü xalqlarlndan biridir.

Onların adı e.ə. ll minilliyə aid Kayseri mixi yazılarında və e.ə. l minilliyə aid Urartu mətnlərində Alpan formasında yazıya alınmışdır. Onlar hələ Troyanın işğalından qabaq Alpan adlı şimşək və ildırım tanrısına tapınırdılar. Al-parlaq və pan-göylər türk sözləridir.

Alpanlar Troyanın süqutundan sonra iki yerə bölündülər. Bir hissəsi Qafqaz dağlarının ətəklərinə çəkildi. Bir hissəsi İtaliyaya köçərək orada 2 Alpan çəhəri saldı.

Latınlar Apenin yarımadasını tutub onların şəhərlərini dağıtdılar. Alpan gölünü isə Alba Lonqa adlandırdılar. Alpanların ən cəsur alpları şimala çəkildilər, Avropa Alban dövlətini yaratdılar.

Qafqaz Albaniyasının bütün xalqları Alban deyildilər. Xristianlaqdan qabaq udinlər özlərini Utu, yəni günəşə tapınanlar, suniklər Su, yəni suya sitayiş edənlər adlandırırdılar. Bundan başqa Albaniyada Gökçay, Ultuz, Kapan, Aydın, Koçkar, Uruz, Kuzu və b. xalqlar yaşayırdılar. Köhnə nəsil gürcü tarixçiləri təsdiq edirlər ki, İveriyanın Kozişvili, Kosidze nəsilləri Pompey ilə döyüşdə öldürülən Alban sərkərdəsi Quzunun törəmələridir.

Ətraflı bilgi üçün bax: İlhami Cəfərsoy. «İverlər və çarları. Tarix və gerçəklik»

Bu xəbəri paylaşın: