Bu dəhliz artıq işləyir, geniş həcmdə… – İlham Əliyev

İlin birinci yarısında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə söyləyib.

“Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə”, – İlham Əliyev bildirib.

Mənbə: Konkret.az

Bu xəbəri paylaşın: