Ermənistan parlamentinə 18 namizəd, o cümlədən «Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
TASS-ın verdiyi xəbərə görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan bu barədə öz facebook səhifəsində paylaşım edib.
16 namizəd «Vətəndaş sazişi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.
Parlamentdə təmsil olunmaqdan imtina edən digər iki namizəd «Hayastan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Koçaryandır.
Bu xəbəri paylaşın: