Rusiyalı ekspert Aleksandr Duqin Rusiya və Türkiyə görüşü haqqında nələrdən danışıb?

“Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bir çox məsələdə razılığa gəlib”.

Bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib. O bilidirib ki, tərəflər Qafqaz bölgəsində, Suriyada, Liviyada, Krımda və digər bölgələrdə baş verən son vəziyyəti müzakirə ediblər. Liderlər bir-birilərinə öz mövqeləri ilə bağlı “qırmızı xətti” deyiblər. Duqin iddia edib ki, tərəflərin fikir ayrılığı yaşadığı tək məsələ Krımla bağlıdır. Politoloqun sözlərinə görə, liderlər gələcəklə bağlı siyasu kurslarını bölüşüblər.

O bəyan edib ki, görüşün nəticələri ilə bağlı detallar açıqlanmasa da, yaxın günlərdə ölkələr atacağı addımlarla bunu nümayiş etdirəcəklər.

“Türkiyə və Rusiya liderləri Soçidəki görüşdə qırmızı xətləri və yeni dünya üçün yol xəritəsini çəkdilər. Türkiyə və Rusiya indi yeni bir yola qədəm qoydular və bu bölgənin dinamikası bütün dünyaya təsir edəcək”.

Bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib.

O, Soçidəki son görüşün detallarını bildiyini iddia edib:

“O gün Ərdoğan və Putin dünya tarazlığı baxımından hansı tərəfi tutacaqlarını müzakirə etdilər və qərarlarını açıqladılar. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan (Qarabağ) Suriyaya qədər öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, başda İdlib olmaqla bir çox mövzuda razılığa gəldilər. Amma bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli hissəsi sirr olaraq qalacaq. Biz bunları tədricən həyata keçdikcə görəcəyik”.

Məşhur rusiyalı ekspert Aleksandr Duqin bildirib ki, Rusiya və Türkiyə bundan sonra hərbi və iqtisadi baxımdan bir daha üz -üzə gəlməyəcək.

Haber7 xəbər verir ki, bu fikri Ərdoğanla Putinin Soçi görüşünün yekununu şərh edərkən deyib.

Duqininin sözlərinə görə,  bu görüşdə hər iki ölkənin dövlət başçıları qırmızı xətləri və yeni bir dünya xəritəsini çəkdilər.

“Türkiyə və Rusiya yeni bir yola qədəm qoydular və bu, bölgənin dinamikası baxımdan  bütün dünyaya təsir edəcək”, — o qeyd edib.

Soçidəki son görüşlə bağlı məlumatlara malik olduğunu qeyd edən Duqin deyib ki, Ərdoğan və Putin dünya tarazlığı baxımından hansı tərəfi tutacaqlarını müzakirə edərək və mövqelərini paylaşıblar. 

“Bura  kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazlardan Suriyayadək olan bütün məsələlərdə tərəflər öz qırmızı xətlərini müəyyənləşdirdilər”, — o vurğualyıb. 

Suriya məsələsinə toxunan Duqin deyib ki, ABŞ bu ölkədən çəkilsə belə, böhranı bundan sonra da  davam etdirəcək.  O baxımdan ondan sonra vəziyyəti müəyyən edəcək  faktor Rusiya, Türkiyə və İran olacaq.

Krım məsələsinə toxunan Duqin deyib ki, Rusiyanın bu mövzuda heç bir güzəştə getməyəcəyi ehtimalı azdır: “Rusiya Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz də Türkiyənin Yunanıstanla problemləri kimidir. Türkiyə Krım iddiasından əl çəkərsə, Rusiya da Şimali Kipr Türk Cümhuriyyətini hüquqi bir dövlət olaraq tanıyacaq”. 

Ankara Moskva münasibətlərinin perspektivinə toxunan Duqin deyib ki,  Rusiya və Türkiyə bundan sonra hərbi və iqtisadi baxımdan bir daha üz -üzə gəlməyəcək: “Rusiya Türkiyənin Mavi Vətən doktrinasını dəstəkləyir. Aralıq dənizi gücünü möhkəmlədən Türkiyənin qazma işləri, həmçinin Liviya məsələnin həllində həlledici rol oynayır. Bu baxımdan, Rusiya Türkiyənin möhkəmlənməsinə dəstəkləyir”.

Xatırladaq ki, hazırkı Rusiyanın ideoloji xəttini müəyyən edən əsas ideoloqların önündə, məhz Duqin gedir.

Bu xəbəri paylaşın: