“Facebook” işçiləri şirkət binasına daxil ola bilmirlər

«Facebook” şirkətinin işçiləri sosial şəbəkənin işində yaranan problemi öyrənmək və mövcud vəziyyəti qiymətləndirmək üçün şirkət binasına daxil ola bilmirlər.


Bu barədə «New York Times” nəşrinin müxbiri Şira Frenkel məlumat verib.


Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.


Qeyd edək ki, dünyanın bir sıra ölkələrində «Facebook», «Instagram» və «WhatsApp» tətbiqlərinin işində problem yaranıb. Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur. 

Mark Zukerberq «Facebook”, «Instagram” və «WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində 6,6 milyard dollar vəsait itirib.


Həmçinin qeyd olunur ki, «Facebook”un qurucusu təkcə iki saat ərzində baş verən problemlərlə əlaqədar «Forbes”in milyarderlər siyahısında sürətlə geriləyərək altıcı pilləyə enib.

Beynəlxalq qeyri-hökuməti təşkilatı olan «NetBlocks” tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, «Facebook”, «Instagram” və «WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində qlobal iqtisadiyyata 160 milyon dollar məbləğində ziyan dəyib. 

Bu xəbəri paylaşın: