Ermənistanın çəkdiyi Zəngəzurdakı yol İranın xətrinə «dəyib»

Ermənistan Zəngəzurda yol infrastrukturunun qurulmasına başlaması İranın «halını» tündləşdirib və təcili Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanı İranın Xİ naziri Əmir Abdullahiyan ölkəsinə çağırıb.


Məsələnin məğzində ehtimallara görə Zəngəzur dəhlizinin keçməsi planlaşdırılan Sisyan-Dastakert yolunun 3,7 kilometrlik hissəsi asfaltlanıb. Tikinti işlərinin miqyasının genişləndirilməsi durması şəksizdir.


Xatırladaq ki, Zəngəzur dəhlizinin avtomobil yolu olan hissəsinin Laçın-Gorus-Sisyan-Dastakert-Naxçıvan marşrutu ilə keçməsi gözlənilir. Ermənistan tərəfinin dəhlizin keçəcəyi ərazidə yol infrastrukturunu qurması bu ehtimalları artırır. Əbəs yerə deməyiblər ki, «xain xoflu olar».

Bu xəbəri paylaşın: