«Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman etdiyi çıxış və verdiyi açıqlamalar müharibə veteranları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb».

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimayi Birliyinin (AVMVİB) sədri
Bunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimayi Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev deyib.
Füzuli Rzaquliyev bildirdi ki, cənab İlham Əliyev kimi bir Ali Baş Komandanım olduğu üçün çox qürurlandım. Allah Komandanımızı qorusun! Doğrusu xalqımız bu Komandanı illərcə gözlədi. Bu gün bütün hücumlara sinə gərən mərd bir sərkərdimizin hər birimiz əsgəriyik. İstər daxildəki, istərsə də xaricdəki düşmənlər bunu bilməlidirlər. Onun bir çağrışıyla qalalar almağa, ən qanlı savaşlara girməyə hazırıq. Hər bir müharibə veteranı cəbhədən geri dönəndə 25-30 yaşı vardı. Bu gün 50-60 yaşı adlayaraq, ümüdlərin öldüyü bir anda Liderimiz hücum əmri verdi. İllərcə gözlədiyimiz müqəddəs əmri verən o Böyük Liderin hər addımı və hər sözü bizim fəxarətimizdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev zərgər dəqiqliyi və əsil strateq kimi düşməni xarakterizə etməsi düşmənlərin yuxusunu qaçırıb: «Əlbəttə ki, Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə — oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi».
Düşmən ordusunun mənəvi-psixoloji durumunu və onun illərcə öz ağalarının sifarişlərini yerinə yetirən quldur başçılarına bir qalib Lider kimi belə qiymət verir. İllərcə xalqımızı təhqirlərə məruz qoyan düşmənə bütün sahələrdə layiq olduqları tərzdə cavablar verir: «Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır.
Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır».
Bir vaxtlar başımıza «əngəl-kələf» olmuş saxtakarların, əsgərlikdə olmayan fərarilərin komandanlığı və daxildə erməniyə cəsusluq edən bir şəbəkənin hesabına əli yalın buraxılmış bir xalqa öz ağaları ilə birgə müvəqqəti qalib gəlmələrinin eyforiyası ilə yaşayan bütün yaramazları, məhz Komandanımız tarixin zibilliyinə ata bildi və inanırıq ki, bu əzmlə davam edəcəyik. Mən həmişə demişəm və deyəcəyəm ki, istər daxildəki satqınları, istər xaricdəki təzyiqləri neytrallaşdırmaqla Tarix yazan bir liderdir İlham Əliyev. Hər kəs liderimizin ətrafında sıx birləşməli və onu qorumalıyıq.
Eşq olsun, Ali Baş Komandana və onun müzəffər ordusuna!
Elnur Səlim
