«Ətlə dırnaq arasında» iylənmiş İran şovinizmi

İranın oynadığı İblis quyruğu üstündə oturduğu barıt çəlləyini partlada bilər. Ən azı iki qardaş arasına girənlər barədə bir deyim var: «Ətlə dırnaq arasına girən iylənib çıxar».


Bizim İranda 50 milyonluq türk qardaşımız var. Türkün oyanışından əndişələnməkdənsə bu möhtəşəm xalüqın haqlarını tanı və onların sayəsində inkişaf et. Çünkü 5 əsgərindən 4-ü türkdür. Türk anlayır ki, onu parçalayanlar molla əbasına bürünmüş saxtakar siyasətçilərdir. Dini kafir erməni qucaqlamağa alət edən bir rejim, əslində günbəgün şahlanan milli ruhun qarşısında xoflanmaqdadır.


Bu gün əlimə bir separatizm yayan fars xəritəsi düşdü. Bir vaxtlar müsəlmanların qanını içməyə hazır olan Qraçov-Kazimirovun birgə işlədikləri İNOBİS planına uyğun bir xəritədir. O vaxt bu planın əsas məqsədi «Xəzər neft müqaviləsi»nin indiki formada icrasına mane olmaq idi. Bu vəziyyətdə bir sıra tədbirlərin görülməsi məqsədəuyğundur: müqavilədə göstərilən Xəzər dənizinin bir hissəsini Azərbaycanın yurisdiksiyası zonası kimi tanımaqdan rəsmi imtina; hüquqi statusunu təyin etməzdən əvvəl Xəzər dənizinin keçmiş Sovet hissəsində neft hasilatı sahəsində xarici şirkətlərin hər hansı bir fəaliyyətinə dənizoin statusu müəyyən edilməyənədək fəaliyyətə yol verməmək üçün praktik addımlar atmaq, «Türkiyənin Azərbaycan ərazisinin əsas hissəsi ilə ərazi əlaqəsinin qarşısını almaq, Bakıdakı rejimə təzyiq göstərmək, məsələn, Azərbaycanın parçalanması və Ermənistanın Gəncə və Yevlaxa hücumu ilə hədələmək (Çapay Sultanov «ПОБЕДА АЗЕРБАЙДЖАНА В «ХОЛОДНОЙ ВОЙНЕ» С АРМЕНИЕЙ»).


Bu gün də İranı «sancılandıran» Zəngəzur dəhlizidir. Bu nə qonşulardı, Allah Azərbaycana qismət edib. Görüm belə qonşuları olmaz olsun. Erməniyə qardaş, fransıza əl ağacı, ABŞ-a buyruqçu olan bu rejim hər gün maskası yırtılmaqdadır.


Xəritələrə diqqət yetirin:

P.S. Allah hər ikisinə lənət eləsin! Amin!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: