“Şəhid kapitan Həmid Cəfərli” xatirə kitabının təqdimatı keçirilib

“Şəhid kapitan Həmid Cəfərli” xatirə kitabının təqdimatı keçirildi.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı-zabitə həsr edilmiş “Şəhid kapitan Həmid Cəfərli” xatirə kitabının təqdimat mərasimi keçirildi.  Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları, veteranlar, AAHM-in zabit və kursantları iştirak etdilər. Tədbir Azərbaycanın Dövlət himni və Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Heydər Əliyev adına AAHM-in rəis müavini Vətən nüharibəsinin qəhrəmanı polkovnik Nizami Mövlanov 2020-ci ilin 44 günlük müharibəsi haqda  məruzə ilə çıxış etdi. Şəhid kapitan Həmid Cəfərlinin qəhrəmanlıqları, onun keçdiyi döyüş yolu barədə geniş məlumat verdi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli, polkovnik Elmar Hüseynov, Vətən müharibəsinin iştirakçısı Qazi mayor Murad Şirinov (“Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Xocavəndin azad edilməsinə görə medalları ilə təltif olunub), Vətən müharibəsinin iştirakçısı Qazi mayor Mahir İbrahimov (“Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulini azad edilməsinə görə medalları ilə təltif olunub), Şəhidin anası Zenfurə xanım Cəfərli, Həmidin orta məktəbdə müəllimi Şöhrət xanım, Həmidin kursant yoldaşı Rüfət Cəfərov öz xatirələrini və Müzəffər Azərbaycan Ordusunun keçdiyi yollar, döyüş xatirələri barədə çıxış etdilər.

“Şəhid kapitan Həmid Cəfərli” kitabının müəllifi Prezident təqaüdçüsü, ADPU-nun professoru, filologiya elmləri doktoru Həcər xanım Hüseynova çıxış etdi və AAHM rəis müavini polkovnik Nizami Mövlanova xatirə  kitablarını hədiyyə etdi.

Bakı Mədəniyyət Evinin kollektivi tədbirin bədii hissəsində çox maraqlı və yadda qalan ifaları ilə çıxış edən Mələkxanım Əyyubova, Rüfət Axundov, Elnur Məmmədov, Mütəllim Mütəllimov, Aqil və rəqqasə Fatimə xanım alqışlarla qarşılandı.

Tədbirin sonunda iştirakçılar Şəhid kapitan Həmid Cəfərlinin portretləri fonunda xatirə şəkilləri çəkdirdilər.

Allah şəhidlərimizə rəhmət eləsin.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Elmar Hüseynov

Ehtiyyatda olan polkovnik, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: