İranın xarici işlər naziri Moskvaya səfər edərək Azərbaycana qarşı kömək istədiyi bildirilir.
İranın Xarici İşlər naziri Əmir Abdullahian Azərbaycanla təkbaşına bacara bilməyəcəklərini anladığından Moskvaya yardıma gedib.
Dünyada, o cümlədən Qarabağda uzun illər terroru dəstəkləyən və bu iyrənc əməlini davam etdirməyə çalışan Tehran Moskvanın Cənubi Qafqazda “terrorçuların varlığına”, “sionist rejim hərəkatları”na reaksiyasını gözləyir. Buna görə də nazir Moskvada mətbuata verdiyi açıqlamada Rusiyadan gözləntilərini belə ifadə edib:
“Rusiyadan bölgə ölkələrinin sərhədlərində baş verə biləcək dəyişikliklərə, terrorçuların varlığına və sionist rejimin hərəkətlərinə reaksiya verəcəyini gözləyirik”.
Bu addımdan sonra fars həyasızlığının erməni həyasızlığına bənzərliyini görüncə, mollalarla ermənilərin siğə qardaşları olduğuna bir daha inandıq.
