Erməni Norut hücumu, bizimkilər isə «döyüşə girməməyi» təbliğ edir…

Sosial şəbəkədə uşaq qatili general Norat Ter-Qriqoryanın 8 may 2017-ci il Kəlbəcərdə etdiyi çıxış yayılıb.

Şuşanın işğalı ilə «Artsaxın» süqutu başladı və azad edilməsiylə ilə yenidən dirçəldi.

Bu əlamətdar gündə hər kəsi təbrik edirik. Bütün azadlıq döyüşçülərinə can sağlığı, artıq bizimlə olmayanların hamısına parlaq bir xatirə diləyirik.

Və yadda saxla!

Əməliyyat zamanı qonşu İranda Ermənistan və Azərbaycan prezidentləri arasında cəbhələrdə hadisələrin inkişafına mane olmayan danışıqlar aparıldı. Danışıqlara davam etməliyik, ancaq eyni zamanda müdafiəyə və hücuma hazırlaşmalıyıq.

Hücum edən dəstələr könüllülərdən ibarət idi və indi OMA təlim düşərgələrində təlim alan könüllülərlə (Diasporadan olan könüllülər və Ermənistandakı sağlamlıq səbəbi ilə orduda xidmət edə bilməyən könüllülər) işləmək lazımdır.

Eskadron dağ atıcısı kimi döyüşdülər və indi dağlarda kiçik miqyaslı hərbi əməliyyatlar aparmaq üçün orduya və ehtiyat qüvvələrə də bunu öyrətməliyik. (Kursantlar UMA təlimlərində dağ atıcıları kimi məşq edirlər).

2017-ci ildən bu yana Kəlbəcərdəki (Karvachardakı) mitinqdə erməni xalqının May zəfərlərini qeyd edirik.

İnanırıq ki, qələbələrimizi xatırlamağın ən yaxşı yolu təlim keçmək və öyrənməkdir…

********

Bu günlərdə aparıcı saytların birində, pandemiya ilə mübarizədə şedevr bir çağırış yaymaqdadırlar: «Ən böyük qələbə döyüşə girməməkdir – #EvdəQal (Animasiya)«. Bir döyüşə girmədən, necə qələbə qazanacağını bu şüarı irəli sürənlər bəlkə uşaq qatili Ter Qriqoryana başa salsınlar. Deyəcəklər ki, bunu pandemiya ilə mübarizə üsulu kimi demişik. Əslində normal həyat tərzi keçirən insan üçün #EvdəQal ağır bir savaşdır. Bir çox hüququndan keçməkdir. Bu deyim, təslimçilik üçün düşünülmüş bir uğursuz deyimə bənzəyir.

Hitlerin ideoloji və təbliğat naziri Göbbels bütün qəzetlərdə «Müharibədən sonra» fikrinin işlədilməsini qadağan etmişdi. Bu qərarı izah edərək, deyirdi ki, bu sözü çox işlətsək alman xalqı mübarizənin bitdiyinə köklənər…

Qoca erməni köpəyi Norut «müdafiəyə və hücuma hazırlaşmalıyıq» deyir, bizimkilər isə, » Ən böyük qələbə döyüşə girməməkdir«…

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: