PAŞİNYAN: Veni, vidi, vici-Gəldim, gördüm, qalib gəldim!

Ermənistanın Baş naziri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini tapdayaraq işğal altındakı ərazilərimizə  gəlib və anasının torpağı kimi dolaşır.

Ermənistanın marionetkası olan terrorçu-separatçı rejimin Bakosu, Araiki də ağalarının pişvazında durublar. Ermənisayaq «sülh» quşu Anna Akopyan da poza verir. Azərbaycan tərəfi, heç olmasa bu it oğlu it Paşinyanı bizim ərazilərdə maska taxmadığına görə cərimə edə bilməzmi?

Xarici siyasətimiz qalıb, yazıq Leyla Abdullayevanın umuduna. Ordumuz da beynəlxalq güclərlə siyasi «razborkalarla» məşğuldur. Hökumətimizin də başını koronavirus qatıb. Yəni hamının əlində işi var, işi olmayan təkcə İcra Başçılarıydı, onları da «bülbül (pul-pul da olar)» qripi vurub. Hansını tərpədirsən ölkəni üfunət basır.

Bizim İcma sədri şokda olduğu üçün onun da səsi çıxmadı. Yenə sağ olsun Bayram müəllim «sülh tərəfdarı» kimi deyib ki, Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram! (İfadə Bayram müəllimə məxsusdur — müəl.). Hər halda bu sülhsevərliyə kölgə salsa da, Paşinyan gedər, Maşinyan gələr. Amma ermənilik dəyişməz. Ən yaxşı erməni Şuşada Cıdır düzündən Daşaltı dərəsinə atacağımız ermənilər olacaq…

Paşinyan Qarabağda at «oynadır». «Veni, vidi, vici-Gəldim, gördüm, qalib gəldim!»-deyir. Bizlər xəcalətdən, qanı xarablar fəxarətdən ölürlər. Ey bu Vətəni düşmənə yem edən zavallılar, bu tarixin hansı səhifəsində xainin, torpağını düşmənə peşkəş çəkənin adını yaxşılıqla çəkildiyini gördünüz? Sizi heç dayılarınız da sevməyəcək. Çünki sabah onları da satacaqsınız…

Bu xəbəri paylaşın: