TORİUMUN ƏHƏMİYYƏTİ VƏ TƏYYARƏ QƏZASI

30 noyabr 2007-ci ildə İspartada sərnişin təyyarəsi qəzaya uğradı və 7 nəfər ekipaj üzvü olmaqla 57 nəfər sərnişin öldü.

Zərər yalnız 57 nəfərin itkisi deyildi. Bu qəzada Türk elmi, yerini doldurmaq çətin olacaq ən qabaqcıl elm adamlarını itirdi. Prof. Dr. Engin Arık, Prof. Dr. Şenel Fatma Boydağ, Dos. Dr. İskender Hikmət, Araşdırma köməkçisi Özgen Berkol Doğan və aspirant Engin Abat Mustafa Fidanın həyatı bu qəza ilə sona çatdı.

Bu elm insanları, Türkiyədə Torium, Türk Sürət Layihəsi, Elm Şəhəri və CERN prosesi əlaqədar işlər və dəyəri ölkə səviyyəsini aşan araşdırmalar edirdilər. Engin Arık, toriumu 21-ci əsrin mədəni hesab edirdi və bu istiqamətdə aidiyyəti orqanlara məlumat verirdi. «Yalnız Ispartada olan Torium ehtiyatı, Türkiyənin 100 illik enerji ehtiyacını qarşılayacaq səviyyədədir»-deyirdi.

Xatırladaq ki, Torium (Th) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 90-cı element. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu elementi qədim skandinav Allah – ildırım saçan Tora şərəfinə torium adlandırır. Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan digər mineralda səhv olaraq “kəşv edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama” 1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium slikat idi.

MƏNBƏ: https://kuramsalaktarim.blogspot.com/2020/05/toryumun-onemi-ve-ucak-kazasi.html#more

Bu xəbəri paylaşın: