TƏBRİK: RZAYEV RAZİM ŞƏRİF OĞLU — 61

     Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri  və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün   31 ildən çox şərəfli xidməti yolunu  Daxili İşlər Nazirliyinin  İşlah- əmək müəssisələrində və Daxili Qoşunların Baş İdarəsində keçirən Silahlı Qüvvələr və müharibə veteranı polkovnik- leytenant Rzayev Razim Şərif öğlunun 5 yanvar 61 yaşı tamam olur.

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı  ehtiyyatda olan  polkovnik- leytenant Rzayev Razim Şərif öğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm  can sağlığı aılə səadəti və həyat yollarında bitib — tükənməyən  nailiyyətlər arzulayir.

   Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Polkovnik-leytenant Rzayev Razim Şərif öğlu 5 yanvar 1961-ci ildə Goronboy rayonunun  Dəlimmədli şəhərində anadan olub.

      O, 1978-ci ildə Goronboy rayonunun Dəlimmədli şəhər orta məktəbini, 1984-cü ildə Memarlıq və İnşaat İnstitutunu (inşaat mühəndisliyi fakultəsini) bitirib .Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, seminarlarda,kurslarda iştirak etmişdir.

     1979-1981 ci illərdə Sovet Ordusunun  Ukrayna Respublikasının Jitomir şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. 1982-1985-ci illərdə Bakı şəhər Baş Təmir İşləri və Tikinti  İdarəsində, 1986-1991-ci illərdə Daxili İşlər Nazirliyinin  Çəzacəkmə müəssisələrində  müxtəlif vəzifələrdə işləyib.

     Polkovnik- leytenant  Razim Şərif öğlu Rzayev 1992-2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  İdarəsinin təmir- tikinti şöbəsində baş mühəndisi, DQBİ- nin Maddı-texniki təminat idarəsində  mənzil-istismar xidmətinin baş zabiti, Yanacaq Sürtgü Materialları  (YSM) xidmətinin  rəisi  vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Rzayev Razim Şərif öğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

   Rzayev Razim Şərif öğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

      Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə  «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubiley  medallarl ılə təltif olunub.

      Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamna əsasən Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə «HƏRBI XİDMƏTLƏRƏ GÖRƏ » medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAZİM BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: