Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi veteranları sabiq briqada komandiri Nüsrət Əli oğlu Namazovu AVMVİB adından Fəxri fərman və Xatirə medalı ilə təltif ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

Təyyar Eminov bildirdi ki, müharibə veteranı, polkovnik Nüsrət Namazov bir sıra döyüş əməliyyatlarına rəhbərlik edib. Hazırda müalicədən qayıdıb. Biz köhnə döyüşçülər heç kimi unutmadığımızı bir daha göstərməyə çalışdıq. Allah veteranlarımıza ömür versin.
Xatırladaq ki, polkovnik Nüsrət Namazov Ermənistanla 120 km sərhəddi olan və Laçının işğalından sonra demək olar ki, blokadada qalan Qubadlı rayonunun müdafiəsini təşkil edən, nəinki Qubadlının eləcə də, Laçının bizim nəzarətimiz də olan kəhdlərinin, Zəngilanın, Cəbrayılın müəyyən bir hissəsinin müdafiəsini təşkil edən N saylı hərbi hissənin (briqadanın) komandiri olub.

