Qazaxıstanda təhlükəsizlik işçiləri ilə etirazçılar arasında toqquşma baş verib — Fotoreportaj

Qazaxıstanda etirazlar davam edir. Olaylar maye qazın qiymətinin qalxmasından sonra başlayıb, daha sonra nümayişçilər siyasi tələblər də irəli sürüblər. Bir sıra bölgələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Alm-Ata şəhər administrasiyasının binasında yanğın

Alma-Atada nümayişçi xüsusi təyinatlıların zabitinə qalxanı qaytarır

Aktau, Janaozen, Nur-Sultan, Çimkənd və Tarazda etiraz aksiyaları keçirilib. Alma-Atada nümayişçilər administrasiya binasına basqın ediblər, bundan əvvəl, Aktobedə də bia ələ keçirilib.

Bəzi polis əməkdaşları və Xüsusi Təyinatlı Dəstənin döyüşçüləri nümayişçilərin tərəfinə keçməyə başlayıblar. Aktobedə təhlükəsizlik rəsmiləri “xalqa əl qaldırmayacaqlarını” bildiriblər.

İğtişaşlar fonunda Qazaxıstan hökuməti istefa verib. Respublika Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, bu, inflyasiyanın qarşısını ala bilməyib.

Nümayişçilərə qarşı gözyaşardıcı qazdan da istifadə edilib.

Bu xəbəri paylaşın: