Orda.kz portalı hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayişçilər Almatı hava limanını ələ keçiriblər.
İlkin məlumatlara görə, hava limanında 45-ə yaxın etirazçı var.
Onların gəlişi ilə heyət hava limanını tərk edib. Terminalda sərnişin olmayıb, onlar əvvəlcədən təxliyə edilib.
“Onları 11-ci qapıdan çıxardılar. Elə bu vaxt təyyarə gəldi. Hərbçilər hava limanını tərk etdilər, amma nə vaxt getdiklərini bilmirik. Onlar indi yoxdurlar. Hava limanının əməkdaşları sərnişinləri özləri təxliyyə ediblər”, — deyə hava limanının mətbuat xidmətindən bildirilib.
Almatı hava limanı Qazaxıstanın ən böyük hava limanıdır.
Flightradar 24-ün məlumatına görə, Nur-Sultandan uçan Air Astana reysi geri qayıdıb və gözləmə zonasına düşüb.
