Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 12 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.
Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daha öncə, «Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, — deyə xəbər verilmişdi.
Qeyd olunur ki, çərşənbə günü ölkənin bəzi rayonlarında «təxribatçıların təşkil etdiyi, xuliqan ünsürlərin dəstəklədiyi iğtişaşlar, vandalizm və talançılıq davam edib”.
