Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi sədrinin müavini, ehtiyyatda olan polkovnik-leytenant İlham Rüstəmovun 66 yaşı tamam oldu.
Birinci Qarabağ müharibəsində Xankəndi, Şuşa, Laçın, Ağdərə, Ağdam və Horadiz uğrunda gedən əməliyyatlarda iştirak edib. Cəbhədən cəbhəyə səngərdən səngərə düşmənə qarşı döyüşlərdə bir döyüşçü kimi mətinləşib.
AVMVİB-nin fəal üzvü kimi 44 günlük Vətən müharibəsi getdiyi günlərdə bir çox döyüş bölgələrində əsgərlərimizin yanında oldu. Əsgərlərimizə maddi-mənəvi dayaq olan İlham Rüstəmov bu gün də öz missiyasını bu gün də şəhid ailələrinin və qazilərimizin yanında olmaqla davam etdirməkdədir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin rəhbərliyində təmsil olunan ehtiyyatda olan zabit kimi daim cəbhədən geri dönmüş gənc döyüşçülərin yanındadır.

İlham Rüstəmovun göstərdiyi fəaliyyət Birliyin təsis etdiyi Xatirə medalları ilə təltif olunub.
Ad günü münasibətiylə İlham Rüstəmovu təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.
Bütün gözəlliklər sizin olsun, İlham bəy!
AVMVİB və AVMVİB Nəsimi rayon şöbəsi Rəhbərliyi, Fedai.az kollektivi










