Heç kim unudulmur…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsi rəhbərliyinin təqdimatı əsasında Natiq Məhyəddin oğlu Mustafayev AVMVİB adından Fəxri fərman və Xatirə medalı ilə təltif edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov məlumat verib.


Rasim Hüseynov bildirdi ki, təltif olunan Natiq Məhyəddin oğlu Mustafayev Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi kimi işlədiyi dövrdə daim müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğısıyla seçilib. Yetişməkdə olan gəncliyin hərbi vətənpərvər ruhda tərbiyyəsi yolunda mühüm işlər görməkdədir. Laçın rayonunda «Cəsurlar», «Şahinlər» hərbi-idman oyunlarının keçirilməsi, «Vətənin Müdafiəsinə Hazıram» paliatlon çoxnövçülük üzrə yarışlar, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər və yarışlar təşkil olunub. 44 günlük Vətən müharibəsi günlərində də Natiq Mustafayev maddi və mənəvi dəstəklə ordumuzun və döyüşən əsgərlərimizin daim yanında olub. Biz AVMVİB Laçın rayon şöbəsi olaraq bu sahədə əməyi olan heç kimi diqqətdən kənarda qoymamağa çalışırıq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Natiq Mustafayevi təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzuladı.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov iştirak ediblər.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: