TƏBRİK: CƏFƏROV İQBAL QİYAS OĞLU — 52

     İnsan üçün ən yadda qalan günlərin bsşlıcası  onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.

     Belə insanlardan biridə, yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün 27 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Cəfərov İqbal  Qiyas oğlunun 7 dekabr  52 yaşı tamam olur. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan  polkovnik leytenant İqbal Cəfərovu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Silahlı Qüvvələr və müharibə veteranı ehtiyyatda olan polkovnik- leytenant Cəfərov İqbal Qiyas oğlu 7 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu  kəndində anadan olub.

      1987-ci ildə   Gədəbəy rayonunun  Düz Rəsullu kənd orta  məktəbi ,1993-cü  ildə Azərbaycan Dövlət Neft Akademiyasını (mühəndis-sistem texnik fakultəsini ) bitrib, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyədə «ASELSAN» İsraildə «Tadiran şirkətlərinin texniki» kurslarını bitirib. Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrdə keçirilən  bir çox metodiki- təlim- toplanışlarda, seminar və konfraslarda fəal iştirak edib.

    1993-cü ilərdə SSRİ  Müdafiə Nazirliyinin hərbi hava qüvvələrinin hərbi hisəsində müdddətli həqiqi hərbi xidmətdə olub.  1993- 2019-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Gəncə şəhərində, Hacıqabul,  Zaqatala və Xəzər rayonunlarda yerləşən hərbi hissələrində  və ali hərbi məktəbdə, proqramçı- mühəndis,  AİS  xidmətinin rəisi, Rabitə  və AİS xidmətinin rəisi, Ali hərbi məktəbin tədris şöbəsində baş müəllim, Daxili Qoşunların Bas İdarəsində isə Katiblik rəisinin müavini-Nəzarət bölməsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan Polkovnik- leytenant  Cəfərov İqbal Qiyas oğlu  2020-ci illərdən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Ünverstetinin nəzdində texnologiya kollecində proqramlaşdırcı-mühəndis  müəllim vəzifəsində  işləyir.

     O, 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib iştirak edib,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.Müharibə Veteranıdır

        O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

   Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə» döş, yubiley və müvafiq idman  dərəcələri  nişanları ilə təltif olunub, pul mükafatları ilə,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubley  medallarl ılə təltif olunub.

Azərbaycan Respublikasının Prezidentinin  11 mart  12015 -ci il tarixli 1027 saylı sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 23 -cü il dönümü ılə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak edərkən, döyüş zamanı igidlik göstərdiyinə və xidmət vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İQBAL BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: