AVMVİB Sumqayıt şəhər şöbəsi əsgərlərlə görüşlər keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi ön cəbhədə olan əsgərlərimizlə görüşə gedib və N saylı hərbi hissələrdə olublar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov məlumat verib.


Timuraz Mansurov bildirdi ki, əsgərlərlə görüşə əli boş getməyiblər. «Ordubad marketin» dəstəyi ilə əsgərlərimizə bayram sovqatı aparıblar. Görüşdə populyar müğənni Təranə Nurlu və ansambl konsert proqramı ilə çıxışı əsgərlər tərəfindən rəğbətlə qarşılandı. Ağdamda Şəhidlər Xiyabanınında uyuyan şəhidlərimizi və Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdik. Sonra isə digər bir hərbi hissəyə yollandıq. Bu görüşdə Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov və bölgə veteranları da iştirak etdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov bu işin təşkilində onlara kömək edən hər kəsə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, əsgərlərimizin təminatı yüksəkdi, amma belə mənəvi dəstək onları daha da ruhlandırır.


T. Mansurov bu cür görüşləri gələcəkdə də davam etdirmək fikrində olduqlarını bildirdi.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: