TƏBRİK: BALAYEV MALİK BERİYA OĞLU — 52

    Yüksək peşəkarlığı və humanistliyi ilə,nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  se,ilən  ömrünün  ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu həqiqi hərbi xidmətdə keçirən müharibə veteranı, tibb xidməti polkovniki-leytenantı Balayev Malik Beriya oğlunun 7 yanvar 52 yaşı tamam olur. 

AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  sədr müavini polkovnik Salman Musayev Balayev Malik Beriya oğlunu doğum günü münasibətilə təbrik edir ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Müharibə Veteranı tibb xidməti polkovniki-leytenantı Balayev Malik Beriya oğlu 07 yanvar  1970 -ci ildə Tərtər rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.

     O, 1987-ci ildə Tərtər rayonunun Qaradağlı  kənd orta məktəbində təhsilini  başa vuraraq Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxilolmuş, 1994-cü ildə  həmin Ünversiteti bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  keçirliən bir cox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. O,Ünversitetdə  təhsil alan zaman Azərbaycan Ordusunun  N- saylı hərbi hissənin tərkibində tibb bölməsi ilə birgə  Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələrin və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Aranızəmin, Pircamal, Naxçıvanik  istiqamətində düşmən hücumlarının qarşısının alınmasından başlayan döyüş yolu Ağdərənin və Ağdamın əksər kəndlərinin müdafiəsi və azad edilməsi ilə başa çatmışdır. Döyüşçülərin sağlığlamlığının təmin edilməsində öz bilik və baçarığnı əsigəmədən əldə silah qanlı savaş meydanlarında olmuşdur.O döyüşçülərimizin əldə etdiyi qələbələrə hədsiz sevinməklə yanaşı, düçar olduğumuz uğursuzluqlara ürək yanğısı  ilə açımışdır. Döyüş mövqelərində olduğu ,Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində isə   xidmət etdiyi illər ərzində     saysız- hesabsız  yaralılara ilkin tibb yardımın göstərilməsində, ambulator və stasionar müalicəyə  ehtiyacı olan  hərbi qulluqçuların müalicə olunub sıraya dönməsində Müharibə Veteranı tibb xidməti polkovnik leytenantı   Malik Beriya oğlu Balayevin xalqımız  qarşısında layiqli xidmətləri olmuşdur.

     İnsan sağlamlığını, insan həyatını  bütün dəyərlərindən üstün tütaraq, bu müqəddəs amal uğrunda o,hələ tələbə ikən peşəsinin pərvanəsinə dönmüşdür. Xəstələrin  və yarlıların müalicə olunmasında yüksək keyfiyyət nəticəsinə yiyələnə bilmişdir.

      Tibb Xidməti polkovnik- leytenantı Balayev Malik Beriya oğlu, 1988-1989- cu illərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub,  1994 -2015 -ci ilərdə isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Qaradağ və Binəqədi rayonunlarında yerləşən hərbi hissədə və hərbi hospitalinda  həkim — diotoloq, tibb məntəqə rəisi,tibb xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsində  isə  Tibb Xidməti (şöbə səlahəyətli) rəisinin  müavini  vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, «Hərbı xidmətkeçmə haqqında» əsasnamənin  156-cı madəsinin «v» bədinə  müafiq olaraq  (xəstəliyə görə) həqqi hərbi xidmətdən ehtiyata buraxılıb.Hal-hazırda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işləyir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların  yerinə yetirilməsində  tabeçiliyində olanlar üçün şəxsi  nümunə olmuş, Hippokrat andına  isə həmişə sadiq qalmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Ona həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə Daxili İşlər Nazirinin, Daxili Qoşunların  Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Qusrsuz Xidmətlərə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin Yaranmasının» isə 10-iliyi, 90-illiyi, və 95-iliyi yubiley  medalları ilə təltif olunub.

    Daxili Qoşunların Baş İdarəsi tərəfindən hər il,  hərbi hissələrdə keçirilən təftiş,ümumi, yekun, qəfləti yoxlamaların nəticələrinə görə Malik Beriya oğlu Balayevin rəhbərlik etdiyi tibb xidməti  Daxili Qoşunların  hərbi  hisələrində arasında həmişə birinci yeri tutmuşdur.

   Azərbaycan Respublikasının Prezıdentının  11 mart  12015 -ci il tarixli 1027 saylı

sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 23 -cü il dönümü ılə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak edərkən, döyüş zamanı igidlik göstərdiyinə və xidmət vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

    Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Malik həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MALİK  HƏKİM!

GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ… AD GÜNÜN MÜBARƏK OLSUN…

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: