Britaniyalı nazir KTMT qüvvələrinin Qazaxıstana göndərilməsinə münasibət bildirib

Qazaxıstanın müttəfiqlərini seçməkdə suveren hüququ var.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın xarici işlər naziri Liz Trass KTMT qüvvələrinin Qazaxıstana cəlb olunması informasiyasını şərh edərkən səsləndirib.

Trass parlamentdəki çıxışında deyib:

“Biz Qazaxıstanın öz müttəfiqlərini seçmək üçün suveren seçiminə malik olmasına hörmətlə yanaşmalıyıq”.

Onun sözlərinə görə, yerləşdirilən qüvvələrin aydın missiyası olmalı və mütənasib hərəkət etməlidir.

Trass daha əvvəl bildirmişdi ki, Böyük Britaniya Qazaxıstanda zorakılıq aktlarını pisləyir və növbəti addımlar üçün müttəfiqləri ilə məsləhətləşir. 

Mənbə: Bizim.Media 

Bu xəbəri paylaşın: