Qazaxıstanda Rusiyanı işğalda ittiham edən yeni cəbhə yaradıldı — Video

Qazaxıstanda bir qrup etirazçı «Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstə yaratdıqlarını elan ediblər.


Bu barədə onlar video-müraciət yayıblar. Qruplaşma özlərini hakimiyyətin zülmünə və yalanlarına qarşı çıxan üsyankar döyüşçü adlandırıblar.

Onlar qruplar şəklində toplaşıb düşmənlərə qarşı hücuma keçməyə çağırış ediblər, Ukrayna və Belarusdakı dövlət çevrilişinə cəhdləri xatırladıblar. Həmçinin, Rusiyanı Qazaxıstanın işğalçısı kimi qeyd ediblər.


Bəzi məlumatlara görə, sözügedən videonun saxta olması mümkündür. Görüntünün mənşəyi və danışanların kimliyi hələlik məlum deyil.

Mənbə: Qafqazinfo

Bu xəbəri paylaşın: