ALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ

1917-ci ildə «Rus-Çin lüğəti» adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban”sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas Süleymanov da öz əsərində qeyd edir (Олжас Сулейменов. «Литература – это жизнь: о литературе и литераторах», Издательский дом «Библиотека Олжаса», Алматы, 2011 г).

Tarixdən məlumdur ki, Böyük İpək yolu üzərində yerləşən Azərbaycan ərazilərindən bir çox dövlətlərin tacirləri və səyyahları keçib gediblər. Çinlilərin qədim səlnaməçiləri də səyyahlar və tacirlərin dediklərini qeydə almış və onların əsasında öz əsərlərini yaratmışlar. Dünyaın qədim tarixinin öyrənilməsi istiqamətində Yunan və Avropa alimlərinin yazdıqları ilə yanaşı ərəb, müasir iran və çin əlyazmalarıda mühüm əhəmiyyət kəsb edir.

Qafqazda yerləşən Albaniya ölkəsini bəzi xalqların adına bağlamağa cəhdlər olub. Məsəl üçün erməni mənbələri ərəblərə istinad edərək buranın «Əl-Ərmən ölkəsi» kimi yazıldığını iddia edirlər. ibn Xordadbeh, əl-Yəqubi, ibn əl-Fəqih və bəzilərinin əsərlərində adı çəkilən “əl-Ərmən ölkəsi” barədə qeydləri özününküləşdirməyə cəhd edirlər. Lakin bir məqamı undurlar ki, ərəb müəllifləri Suriya-Sasanilər-Albaniya ərazilərində azsaylı xristan əhali içərisində hay adının olmasını da yazırlar. Əl-ərmən ölkəsinin sakinlərinin isə mülayim xarkterə malik türklər adlandırlar. Ər-Mən zamanla fars və ərəb dillərinə deformasiya olunan “Alban/Alpan, Alp, Ər insan” adı qədim türk sözündən əmələ gəlib. Qədim Alp Ər Tonqa adlı türk xaqanın olması göstərir ki, Alp və Ər sözləri qədim türklərdə titul idi. Bir çox mənbələr ingilis dilində olduğu üçün Ər kişi (Ar Man) sözü kimi də bir çox ölkələrdə bu cürə qəbul edilir. 1846-cı ildə rus şərqşünası M. Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilmişdir. Onun bu mövqeyi B. Dorn tərəfindən də qəbul olunmuşdur. Beləliklə, Albaniyanın “Qafqaz Azərbaycanı” olması təsdiqlənmişdir.

Məsələn, XII əsr müəllifi Mxitar Qoş Rəvvadilər, Səlcuqlar, Atabəylər dövrü hadisələrindən bəhs edərkən ölkəni yenə də Albaniya, əhalini isə azərbaycanlılar kimi qeyd etmişdir.

Beləliklə, tarixşünaslıqda yanlış bir yanaşma – Albaniya tarixini qədim türklərin tarixinə yaxın buraxmamaq “xəstəliyi” mövcuddur. Bunun da başında kimlər durur bəllidir…

Albaniya Azərbaycanın qədim dövlətidir və 26 tayfasından 24-ü türk olmuşdur. 2-si isə qeyri türk. Dədə Qorqud dastanı da Albaniyaya daxil olan oğuz, qıpçaq, sak, qarqar və digər türk tayfalarının ümumi dastanıdır və 26 boyu var. Hər bir Alban dövlətinə daxil olan türk tayfasının bir səlnaməsidir…

Zaur Əliyev, dosent

Bu xəbəri paylaşın: