LITVADA TÜRK KƏNDİ — TRAKAİ

Trakay 7-8 min əhalisi olan göl kəndidir. Bu yer Litvada yerləşir. Nə isə, mən sizə bir dəfə xəritəyə nəzər salmağı təklif edirəm.

Baxanda görərsən ki, türk və müsəlman dünyası ilə heç bir əlaqəsi olmayan bir coğrafiyadadır.

Təxminən altı yüz ildir bu coğrafiyada yaşayan karaim türkləri yəhudi inancına malikdirlər (yəhudi deyillər).

Böyük Litva kralı Vitautas, Kuman nəslindən olan Krım türklərinə torpaq verib, onları bu bölgədə yerləşdirib. Burada məskunlaşan karaimlər əsrlər boyu öz mədəniyyətlərini, dillərini və bənzərsiz həyatını qoruyub saxlayıb, o bölgədə yaşamağa davam ediblər.

Tarixi prosesdə, nə Osmanlının, nə də başqalarının onlardan xəbəri olmayıb. Kiçik bir camaat, uzaq coğrafiya… Prof. Oktay Sinanoğlu 1970-ci illərdə atom fizikası ilə bağlı görüş üçün Litvaya gedənə qədər kimsə onlarla maraqlanmayıb!

Görüşdən sonra Sinanoğlunun dostu olan professor Yutsis maraqlandığına görə onu Trakaya aparır. Möhtəşəm yerdir və tarixi binalar… Kənd Sinanoğlunu valeh edir. Orada kənd sovetinin sədri olan ağsaqqal bir kişi ilə tanış olur və kənddən danışmağa başlayırlar. Uzun müddət söhbətləşirlər, həm də türkcə!

Görün Ağsaqqal Sinanoğluna nə deyib:

  • «Atatürkün vaxtında Türkiyədən göndərdiyi səfirlər gəlib bizə türk jurnalları, kitablar gətirirdilər. Atatürk dünyasını dəyişdi, Türkiyədən səs kəsildi. Nə oldu sizə?»

Təsəvvür edirsiniz? Bunca müharibələr aparacaqsan. Bir ölkəni yenidən yaradacaqsınız, onu inkişaf etdirmək və bütün qurumları qurmaq üçün sürətlə hərəkət edəcəksiniz, 20-ci əsrin qabaqcıl sivilizasiyasına çata bilməmiz üçün irəliləyişlərinizi zəmanəmizin sürət anlayışından daha yüksək etmək üçün səy göstərəcəksiniz. Həm də dünyanın hər yerində irqinizi tək qoymamaq üçün onların hayına yetəcəksiniz!

Bir anlıq içimdən «Yox bə!» demək gəlir? Ona görə Mustafa Kamal, Atatürk olur! Ona görə də əsrin lideri odur!

Hətta onun uğrunda vuruşduğumuz düşmənlər belə ona heyrandır! Onun qarşısında hörmətlə baş əyirlər! Onun üçün Qurtuluş Savaşı dünyaya bir örnəkdir!

Bağırmaq istəyirəm: «Atatürk öləndən sonra türklər uyudular. Atatürk öləndən sonra türk irqi özünü unutdu. Atatürk öləndən sonra devşirmələr yarandı. Atatürk öləndən sonra ölkə sürətlə geriyə getməyə başladı. Atatürk öləndən sonra türklər insanlar yatmağı seçdilər və hələ də yatırlar!»

Bir daha anladım ki, Atatürk öz üstün ağlı və enerjisi ilə türkü və türklüyü ən uca yerə yüksəltməyi özünə borc bilən bir şəxsiyyətdir! O, dahilərin ustadıdır.

Mənbə: Prof. Oktay Sinanoğlu.
Aytac Bozkuyu

Bu xəbəri paylaşın: