Məktəb direktoru təltif olunub -VİDEO

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqətə görə «Fəxri fərman»la təltif edilib.

Fəxri fərmanı xanım direktora AVMVİB-in İctimaiyyətlə Əlaqələr üzrə sədr müavini İslam Səfərov təqdim edib.

İslam Səfərov bildirib ki, biz veteranlar Kəlbəcər rayon 84 nömrəli məktəbində mütamadi keçirilən bir sıra tədbirlərdə olmuşuq . Bu məktəbdə şagirdlərin yaxşı təhsil almalarına diqqət yetirildiyi kimi, vətənpərvər ruhda tərbiyə olunmaları istiqamətində daim işlər görülür. Vətənin müdafiəsi bu gün yetişən, böyüyən, hərbi xidmətə qədəm qoyan gənclərimizin üzərinə düşüb.

İ.Səfərov qeyd edib ki, təhsil sahəsi vətənpərvərlik əhval-ruhiyyəsinin, milli-mənəvi ruhumuzun inkişafına düzgün istiqamət verib ki, gənclərimiz topraqlarımızın azadlığı uğrunda qorxmadan irəli atıldılar.

Sədr müavini xanım direktora müraciət edərək bildirib ki, şəhid bacsı kimi sizin 85 min qardaşınız var.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən Həqiqət Məmişova dedi: «Mən bütün şəhidlərin,qazilərin — kimisinin bacısı, kimisinin anasıyam».

E. Səlim

Bu xəbəri paylaşın: